Sizin reklam burada

“Qarabağ”la sona qədər mübarizə aparacağıq”

Title

Dario azarkeşlərə səsləndi
Mövsümə uğursuz başlayan, lakin ilk dövrənin son iki matçında qalib gələn “Neftçi”nin futbolçuları inamlı görünür. Həftəsonu “Zirə”ni qəbul edəcək komandanın aparıcı üzvlərindən sayılan Dario Federiko klub saytına müsahibə verib. Braziliyalı vinger mövsümün sonunu təsəvvür edəndə, “Qarabağ”ı yada salmağı unutmayıb.
- Komandanın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsən?
- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son iki oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.
- Qarşıdan "Zirə” ilə oyun gəlir. Bu görüşdən nə gözləyirsən?
- "Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadı, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Ona görə də qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq.
- 6 çempionat matçında meydana çıxsan da, qol vurmamısan. Öz oyununu necə qiymətləndirirsən?
- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidi. Oyundan-oyuna daha da “artırmağa” çalışıram.
- "Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yerdə qərarlaşıb. Səncə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?
- Ötən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdı. Liderlə 10 xallıq fərqə baxmayaraq, sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.
- Azarkeşlərə nə demək istərdin?
- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.