Sizin reklam burada

AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə!

Baxış Sayı:348


Hər ölkənin futbolunun səviyyəsi yığmalarının nəticələri ilə ölçülür. 40 il əvvəl də belə idi, dünən də, bu gün də. Müstəqillik dönəmində artıq üçüncü şəxs, yəni Rövnəq Abdullayev AFFA prezidenti postunda otursa da, təəssüf ki, ölkənin müxtəlif yaş qrupu üzrə yığmaları daim azarkeşlərə kədər, qəm-qüssə və ürək ağrısı bəxş edib. Baş məşqçilər də dəyişib, sistem də, amma nəsibimiz ancaq və ancaq məğlubiyyətlər olub.
2019-un sonuna hələ iki aydan da bir qədər artıq vaxt qalır. Qarşıdakı aylarda bəzi yığmalar seçmə və yoldaşlıq oyunları keçirəcəklər. Təbii ki, nəticələrdə inqilabi dəyişiklik gözləməyə dəyməz. Amma yığmaların nəticəsi ilə bağlı statistikanı məhz bu gün – oktyabrın 18-də, yəni Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 28-ci ildönümündə təqdim etməyimizin özəl səbəbi var. AFFA-dakı işbilməzlərin sayəsində hər bayramı belə qarşılayır, hər ili acınacaqlı nəticələrlə yola veririk. Nə qədər acı olsa da, bu gün AFFA-ya rəhbərlik edənlərin başı yığmaların nəticələrini yaxşılaşdırmağa yox, futbol veteranlarının müxtəlif qrupları arasında təfriqə salmağa, jurnalistlər arasında nifaq toxumu səpməyə, futbol ictimaiyyətini “özünkülər” və “yadlar” adlı iki təbəqəyə bölməyə qarışıb ki, heç şübhəsiz, bir gün niyyətləri öz başlarında çatlayacaq, partlayacaq bombanın altında qalacaqlar.
Hələlik isə rəqəmlərin yaratdığı mənzərəyə baxaq. Güman edirik ki, Elxan Məmmədov gələn ilin əvvəlində 2019-un hesabatını AFFA konfransının iştirakçıları üçün hazırlayanda bu rəqəmlərə baxıb, ləzzət alacaq.
Rəqəmlər hər şeyi açıq-aydın göstərir. Belə ki, 2019-cu il başlayandan bu günə - oktyabrın 18-nə qədər milli komandalarımız 70 oyun keçirib və onlardan yalnız 9-da qalib gəlib (cəmi 13 faiz). 11 müxtəlif milli komandamız bu müddətdə 14 heç-heçəyə nail olub və 47 dəfə uduzub. Ən zəif yığmalardan tutmuş nisbətən güclü komandalara kimi hər cür rəqiblə seçmə mərhələ matçlarında, həmçinin adi yoxlama görüşlərində qarşılaşan təmsilçilərimizin top fərqinə heç baxmağa dəyməz - 63:180!

Əsas yığma
8 oyun: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 8:16
Macarıstan 0:1
Bəhreyn 3:2
Xorvatiya 1:1
Uels 1:2
Slovakiya 1:5
Macarıstan 1:3
Litva 0:0
Xorvatiya 1:2

U-21
5 oyun: 1 qələbə, 4 məğlubiyyət, top fərqi - 2:11
İsveçrə 0:1
Fransa 0:5
Gürcüstan 0:3
Slovakiya 2:1
Lixtenşteyn 0:1

U-19
15 oyun: 2 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 8:25
San Marino 2:0
Çexiya 0:4
Norveç 0:1
Rumıniya 0:4
İrlandiya 1:3
Rusiya 0:0
Küveyt 1:1
İspaniya 0:2
Şotlandiya 0:2
BƏƏ 1:1
BƏƏ 0:1
Belarus 0:4
Belarus 1:0
Malta 2:2
Malta 0:0

U-17
11 oyun: 1 qələbə, 1 heç-heçə, 9 məğlubiyyət, top fərqi - 8:28
Belarus 0:2
Belarus 1:4
Litva 3:1
Latviya 0:2
Ukrayna 2:4
İsrail 0:6
Gürcüstan 0:2
Səudiyyə Ərəbistanı 1:2
Makedoniya 1:2
Bosniya və Hersoqovina 0:3
Bosniya və Hersoqovina 0:0

U-16
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:5
Makedoniya 1:3
Makedoniya 2:2

Qadınlardan ibarət yığma
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 0:5
İspaniya 0:4
Estoniya 0:0
Estoniya 0:1

U-19 (qızlar)
6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi - 2:24
Albaniya 1:0
Almaniya 0:6
Portuqaliya 0:6
Rusiya 0:7
Belarus 1:2
İran 0:3

U-17 (qızlar)
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi - 0:8
Sloveniya 0:6
Gürcüstan 0:0
Gürcüstan 0:2

U-16 (qızlar)
3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 3:2
Farer adaları 2:0
Belarus 1:2
Qazaxıstan 0:0

Futzal yığması
9 oyun: 2 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 22:29
Latviya 3:1
Latviya 2:2
Serbiya 2:1
Serbiya 5:7
Belarus 3:5
Belarus 2:4
Rusiya 1:2
İran 2:2
Qazaxıstan 2:5

U-19 (futzal)
5 oyun: 5 məğlubiyyət, top fərqi - 7:37
Sloveniya 1:9
Hollandiya 1:6
Kipr 1:7
Türkiyə 3:5
Türkiyə 1:10

Oxşar xəbərlər
SON XƏBƏRLƏR