UEFA “dron olayı”na bu gün baxacaq
Elxan Məmmədov Teodoridislə görüşdə VAR-la drondan danışıb
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Elxan Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib. Teodoridis bildirib ki, bu il noyabrın sonunda Buxarestdə UEFA-nın üzvü olan bütün milli assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, təqdimat olacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.
UEFA-nın baş katibi ilə müzakirə olunan digər məsələ oyunlar zamanı stadionların üzərində pilotsuz uçuş aparatlarından – dronlardan istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından belə hallara xüsusi diqqət yetirilməlidi. Daha sonra Elxan Məmmədov AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.
Dron demişkən, xatırlayırsızsa, oktyabrın 3-də Lüksemburqda keçirilən “F91 Düdelanj” – “Qarabağ” matçından bir neçə gün sonra ermənilərin törətdiyi təxribatla bağlı ağdamlıların baş direktoru Əmrah Çəlikəl qəzetimizə müsahibə vermişdi. Klub rəsmisi olayla bağlı həm Lüksemburq polisinin, həm də UEFA-dakı məsul şəxslərin araşdırma apardığını diqqətimizə çatdırmışdı.
Artıq həmin hadisənin üstündən xeyli vaxt keçsə də, yeni xəbərə rast gəlmirik. Nə dığaların cəzalandığını oxuyuruq, nə də hadisənin səbəbləri və günahkarları ilə bağlı yenilik var. Bəlkə də qurumlar arasında məktublaşmalar olur, bizim xəbərimiz yoxdu. Ya da hansısa məlumat var, xəbərdar deyilik. Odu ki, “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla söhbətdə məlum dron olayı ilə bağlı son bilgiləri əldə etmək istədik: “UEFA-da bu məsələyə oktyabrın 17-də (bu gün) baxılacaq. Çox güman, bir gün sonra hansısa qərar açıqlanacaq, məlumat veriləcək. Biz də gözləmə mövqeyindəyik”.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər