Sizin reklam burada

Hacı Əliyev medalsız qaldı

Baxış Sayı:556


“Ardıcıl iki turnirdə uğursuzluqla üzləşdiyimi hələ xatırlamıram”
Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib. Ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən pəhləvanlarımızdan dördü fəxri kürsüyə qalxıb. Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimovla (57 kq) Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıb. Yığmanın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında yarışa qatılan pəhləvanlardan Hacı Əliyevlə (65 kq) Hacımurad Hacıyev (74 kq) uğursuz çıxış edib. 3 qat dünya çempionu rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub. Bu onun dünya çempionatından sonra ikinci uğursuz yarışıdı.
Hacı Əliyev çıxışı ilə bağlı sportyakutia.ru saytına açıqlama verib: “Təəssüf ki, Yakutskda ən yaxşı güləşimi göstərə bilmədim. Yerli güləş həvəskarlarını razı sala bilmədiyim üçün məyusam. Bəhanə gətirmək istəmirəm. Qazaxıstanda keçirilən dünya çempionatında uğursuz çıxış etdim, daha sonra Dmitri Korkin turnirində məğlub oldum. Ardıcıl iki turnirdə uğursuzluqla üzləşdiyimi hələ xatırlamıram. Rəşidovla görüşə toxunmayaq, Şarastepanovla qarşılaşmadan danışaq. Hesabda üstün idim, ancaq çox tez rahatlaşdım. Bəli, Daşa yaxşı güləşçidi, amma səhv etməsəydim, ona rahat qalib gələ bilərdim. O, son saniyələrdə məndən xal alarkən elə zənn etdim ki, vaxt bitib. Bu, mənim üçün yaxşı bir dərs olacaq. Deməli, hətta üçqat dünya çempionu da çox şey öyrənməlidi. Buna görə daha səylə məşq etməlisiz. Hərdən belə olur. Sən ardıcıl qələbə qazanırsan, hamı sənə yaxşı olduğunu deyir və tərif yağdırır. Və bütün bunlar səni rahatlaşdırır, hər şeyin yaxşı olduğunu düşünməyə məcbur edir.
Yakutskdakı turnir səhvlərimi göstərdi, hansı ki, onların üzərində işləməliyəm. İstənilən yarışdan – qələbə qazandığın və ya uduzduğun, fərqi yoxdu – faydalanmaq lazımdı. Ancaq bu ilin mənim üçün uğursuz olduğunu söyləmək olmaz. Çünki Avropa çempionatının və Avropa Oyunlarının qalibi oldum. Dünya çempionatındakı uğursuzluğu Olimpiadada qələbəylə əvəzləyəcəm. Tokiodakı oyunlardan sonra isə mütləq Yakutskdakı növbəti Dmitri Korkin turnirində iştirak edəcəm. Sizə söz verirəm!”
Həftəsonu Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə Qitələrarası Kubok təşkil olunub. Yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən yalnız Gitinoməhəmməd Hacıyev (70 kq) bürünc medal qazanıb. Beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov ədaləti qoruyub.
Tiflisdə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib. Müxtəlif yaş qruplarında Məmməd Əliyevlə (78 kq) Musa Mirzəyev (130 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) isə bürünc medal qazanıb. Milli dərəcəli hakimlərimizdən Xəyal Əliyevlə Eldar Məmmədov yarışda ədaləti qorumaqla yanaşı, beynəlxalq dərəcə almaq üçün imtahandan da keçiblər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR