“Bu, hakim səhvi deyildi, 3 xalın macarlara qaytarılması idi”
Yığmanın macarlarla qarşılaşmasında Dennis Hiqlerin üzərinə böyük yük düşmədi. Oyuna meydan sahibləri nəzarət edirdi, gərginlik yüksək səviyyəyə çatmamışdı deyə, Hollandiyadan olan hakimlər briqadası üçün rahat nəfəs almaq çətin deyildi. Baş hakim epizodlara yaxın olmaqla hadisələri nəzarətində saxlayırdı.
Son dəqiqələrə qədər “ip”i əlində saxlamağı bacarmışdı. Lakin Bəhlul Mustafazadənin qaydalar çərçivəsində vurduğu qolu qaydanın pozulduğunu əsas gətirib qeydə almamaqla oyuna “möhür” vurmuş oldu. Yekun nəticəyə təsir edən səhvə yol verən Hiqlerin hansı cəzaya məruz qalacağını aidiyyatı qurumların qərarı göstərəcək.
Biz isə 90 dəqiqədəki idarəçiliklə bağlı beynəlxalq dərəcəli hakim, öz mövqeyini ortaya qoyması ilə seçilən Tahir Süleymanovun fikirlərini öyrəndik. Tahir bəy həmin qərarın adi yox, siyasi səhv olduğunu faktla göstərdi: “Oyun elə cərəyan edirdi ki, hakimə ciddi ehtiyac duyulmurdu. Gördüyünüz kimi, oyunboyu mübahisə doğuracaq epizodlar yaşanmadı. Sadəcə, hakim kimi işini görürdü: qayda pozuntularını qeydə alır, vərəqələr göstərirdi. Belə oyunlarda bir qərar nəticəni həll edir. Necə ki etdi də. Macarıstan – Slovakiya oyununda meydan sahiblərini ”sıxmışdılar”. Macarlar çox böyük hakim haqsızlığı ilə üzləşmişdilər. Kəskin etirazlara görə yerli federasiyaya xəbərdarlıq edilmiş, stadionda yaşananlar üzündən UEFA oyunun azarkeşsiz keçirilməsinə qərar vermişdi. Belə hallarda “kompensasiya” mütləq olur. Hakimlərin ev sahiblərinə son anda olsa belə, kömək edəcəkləri öncədən bilinirdi. Qabaqlayıcı amil kimi oyundan əvvəl AFFA UEFA-ya hansısa mənada xəbərdarlıq etməliydi. Frits Stuxlik kimi lobbi gətiriblər. Bəhlulun rəqib qapısından keçirdiyi top 100 faiz qol idi. Adi epizoddu, baş hakimin önü bağlı ola bilərdi, lakin köməkçisinin epizodu görməməsi mümkünsüz idi. Qarışıq vəziyyət deyildi, laysmanın önü, görmə bucağı açıq idi. Bu, hakim səhvi deyildi, Slovakiya ilə ev oyununda başverənlərə görə 3 xalın macarlara qaytarılması idi”.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər