Sizin reklam burada

Macarıstan mətbuatı da sayılmayan qoldan yazır

Baxış Sayı:357


“Holland referi bədənə dəyib tora qovuşan topun ələ dəydiyini əsas gətirib, qolu qeydə almadı”
Topun Bəhlul Mustafazadənin əlinə dəymədiyini görmək üçün 50 metrlik məsafə də bəs edirdi. Lakin Hollandiyadan olan hakimlər briqadası nə düşündülərsə, qolu hesaba almadılar. Göz gəzdirmək üçün baş çəkdiyimiz Macarıstan mətbuatı da bu məqama toxunub. Daha doğrusu, bu ölkədən olan həmkarlarımız da referinin kobud səhvini qeyd edir, dolayı yolla macarların bəxtinin gətirdiyinə işarə vururlar.
hvg.hu: “Korhutdan 3 xallıq mükəmməl atış. Bu cür qollar, adətən, basketbolda vurulur. Cərimə meydançasının xaricindən topu mükəmməl atışla tora elə qovuşdurursan ki, hamı baxa-baxa qalır. Bir anlıq nə baş verdiyini özün də anlaya bilmirsən, yalnız azarkeşlərin adını səsləndirməsindən sonra zərbənin qol olduğuna inanırsan. Təəssüf ki, o gün tribunalarda fanatlar yox, azyaşlılar idi. Yoxsa Korhutun şedevr qolunun səs-küyü çox olardı. Məhz həmin o 3 xallıq atış yığmaya vacib 3 xal qazandırdı. Halbuki qolların sayı çox olmalıydı. Bir neçə real şansı dəyərləndirə bilmədilər, yekunda Mustafazadə bunu bacardı. Lakin nədənsə holland referi topu hesaba almadı”.
m4sport.hu: “Marko Rossi üç gün əvvəl Splitdə rəqibin adından qorxub “yatan” futbolçuları “ayılda” bilmişdi. Bunun nəticəsidi ki, macar futbolçular neçə gündü yemək yemirmiş kimi meydana ac çıxmışdılar. Sanki meydanda öz şikarlarını axtarırdılar. Azərbaycanlılar isə meydan sahiblərindən belə aqressiv və sürətli başlanğıc gözləmirdilər deyə, şoka düşmüşdülər. Korhutun vurduğu top adi futbol zərbəsi deyildi. Bir saniyə sonra partlayacaq bomba idi. Hətta hesabın açılması da Rossini və yetirmələrini sakitləşdirmədi. Dayanmadan hücum edir, Balayevi işsiz qalmağa qoymurdular. Qonaqların ara-sıra irəli atılmaq cəhdləri isə ən yaxşı halda meydanın mərkəzini keçməyə kifayət edirdi. Sonradan nə baş verdisə, Macarıstan yığması “oturdu”. Meydanda yaşananlar Xorvatiya ilə oyunu xatırladırdı. Futbolçuların yorulması və əvəzetmələrin ləngiməsi az qala növbəti uğursuzluğa səbəb olacaqdı. Əslində olmuşdu da. Qol vurmaq üçün bütün qüvvə ilə irəli atılan azərilər lazım olan qolu vursalar da, holland referi bədənə dəyib tora qovuşan topun ələ dəydiyini əsas gətirib, qolu qeydə almadı. Son saniyələrdə bəxt Macarıstan millisinin üzünə güldü deyə, 3 xalı qazanıb qrupdan çıxmaq iddiasını davam etdirmək mümkün oldu”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR