
Ölkə futbolu
620
12.10.2019, 08:30
Qadzenin keçidi rəsmiləşdi
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Daha doğrusu, gözlənilən transfer dünən rəsmiləşib. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, qəsəbə təmsilçisi sabiq hücumçusu Riçard Qadzeni transfer edib. Bir neçə gündü komandanın düşərgəsində məşq edən 25 yaşlı qanalı oyunçu ilə “1+1” illik müqavilə bağlanıb.
Qeyd edək ki, Riçard Qadze 2017-nin yanvarından 2018-in iyununa kimi "Zirə"nin formasını geyinib. Forvard son olaraq Rumıniyanın "Voluntari" klubunda çıxış edib.