Sizin reklam burada

Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif

Baxış Sayı:498


“Gəlin pul qarşılığında dəstək olun”
“Sektor 11” azarkeş qrupunun yaradıcılarından biri olan Atanur Cəfərli dünən “feysbuk” hesabında maraqlı status paylaşıb. Statusdan belə aydın olur ki, uzun fasilədən sonra basketbol çempionatını bərpa edən adamlar inkişafa aparan yolda bütün variantları sınayacaqlar. Oxumağa dəyər: “Deməli, iki il öncə həvəskar kimi qurduğumuz basketbol komandası ilə Azərbaycan liqasında çıxış etmək üçün müraciət etdik. Həmin il bizimlə birgə “Alov” da müraciət etdiyinə görə federasiya bu iki komanda arasında oyun təşkil etdi, qalib liqada çıxış edəcəkdi. Bizim uşaqlar da həm mənə, həm də yaratdığımız komandaya dəstək üçün oyuna gəlmişdilər. Mən çox az müddət oyunda olsam da, komandaya möhtəşəm dəstək verdilər. Bəlkə də liqa tarixində elə azarkeş dəstəyi olmamışdı. Federasiya nümayəndələri də təəccüblə baxırdı. Bu dəstəyə görə hətta rəqib komanda da bizə təşəkkür etmişdi. Biz oyundan əvvəl və oyundan sonra da danışdıq ki, onsuz basketbolumuz zəifdi, bizim komandanı liqaya buraxın, heç olmasa, oyunlarda maraq və azarkeş dəstəyi olsun, razılaşmadılar. Biz də məğlub olduğumuza görə liqada çıxış edə bilmədik. Növbəti mövsüm də komandalar federasiyanı boykot elədi. İndi o boykotun nəticəsi kimi federasiya bu mövsüm daha yaxşı çempionat keçirməyə çalışır, amma boykot edən komandaları liqaya buraxmayıb. Bizə də xəbər göndəriblər ki, bu gün çempionatın açılışıdı, gəlin pul qarşılığında dəstək olun. Niyə hər şeyi pulla həll edə biləcəklərini düşünürlər? Hər şeyə rəğmən, Azərbaycan basketbolu adına basketbolu sevən hər kəsi 20.00-da “Sərhədçi”yə dəvət edirik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR