U-21-lər arasında Avropa çempionatı
Seçmə mərhələ, 2-ci qrup
Fransa – Azərbaycan 5:0 (3:0)
1. Alban Lyafon
2. Kelvin Amian
3. Dan-Ahel Zaqadu
4. Bubakar Kamara
8. Hussem Auar
(7. Arno Norden, 61)
9. Mussa Diabi
10. Matteo Gunduzi
(14. İmran Luza, 77)
17. Jeff Ren-Adelaid (k)
(15. Jon-Viktor Makenqo, 72)
18. Nikolas Kozza
20. Bobakay Sumare
(12. Jan-Rişer Belqard, 62)
22. Odsone Eduar
(19. Amin Guyri, 62)
Ehtiyat oyunçular
16. Dimitri Berto
5. Dayo Upamekano
13. Sofian Alyakuş
21. Krist-Emmanuel Maussa
Baş məşqçi: Silven Ripoll
12. Kamran İbrahimov
2. Amin Seydiyev
4. Hüseyn Seyliğli
5. Nihad Tamazov
7. Fərid Nəbiyev
(17. Elvin Cəfərquliyev, 77)
9. Rövlan Muradov
(14. Ozan Can Kökcü, 65)
10. İsmayıl İbrahimli (k)
(8. Rafael Məhərrəmli, 88)
11. Şakir Seyidov
(21. Səbuhi Abdullazadə, 77)
15. Barış Əkinciər
18. Anton Krivotsyuk
20. Doğukan Öksüz
(16. Süleyman Əhmədov, 65)
Ehtiyat oyunçular
22. Nicat Mehbalıyev
3. Turan Manafov
13. Murad Qayalı
23. Elçin Mustafayev
Baş məşqçi: Milan Obradoviç
Qollar: O.Eduar, 2 (1:0). O.Eduar, 36 (2:0). D.Zaqadu, 40 (3:0). H.Auar, 52 (4:0). A.Norden, 76 (5:0).
Vərəqə: N.Tamazov, 30 – sarı.
Hakimlər: ANTONİO NOBRE, Nuno Pereyra, Bruno Jezuş, Helder Mareyro (hamısı Portuqaliya).
Hakim-inspektor: Deyan Filipoviç (Serbiya).
UEFA nümayəndəsi: Viqnir Mar Pormodsson (İslandiya).
10 oktyabr. Calais. Stad-del-Epope.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Seçmə mərhələnin 4-cü oyununda Milan Obradoviçin çalışdırdığı U-21 səfərdə Fransa ilə qarşılaşdı. Lixtenşteyinə uduzan, “doğma divarlar” arasında Gürcüstana boyun əyən, qrupda yalnız Slovakiyadan olan həmyaşıdlarını udan komandadan onsuz da heç kim Fransa da sensasiya gözləmirdi. Obradoviçin yetirmələrinin bu gün üçün Fransa kimi yığmadan xal alacağı inandırıcı görünmürdü ki, məhz belə də oldu. Artıq ilk yarıda meydan sahibləri 21 yaşa qədər futbolçulardan qurulmuş millini meydana çıxmağa peşman etdilər. Futbolçularımız oyunun ab-havasını duymamış meydanın mərkəzinə dəvət olundular. Auarın ötürməsini Eduar dəqiq tamamlamaqla yadda qaldı. 36-cı dəqiqədə forvard dublunu rəsmiləşdirdi. Bu dəfə assisent rolunda Gunduzi iştirak etdi. İlk yarının sonuna 5 dəqiqə qalmış isə Diabidən ötürmə alan Zaqadu yerli azarkeşləri sevindirdi.
İkinci hissə də qonaqlar üçün yaxşı başlamadı. Kamranın qoruduğu qapıya vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda Auar bu dəfə adını tabloya yazdırdı. Obradoviçin yetirmələri isə ilk yarıda olduğu kimi fasilədən sonra da müdafiədən hücuma keçməkdə çətinlik çəkir, ən yaxşı halda rəqibin cərimə meydançasının yaxınlığına qədər irəliyə bilirdi. Bu üzdən İbrahim İsmayıllı 55 və 58-ci dəqiqələrdə fransızları uzaqdan zərbə ilə məyus etməyə çalışdı. İlk cəhddə Lyafon zərbənin zərərləşdirdisə, “Qarabağ”ın yarımmüdafiəçisinin ikinci zərbəsi, ümumiyyətlə, “çərçivə”dən çox aralı keçdi. Fiziki cəhətdən millimizdən bir baş üstün olan meydan sahiblərinin müvəqqəti “atəşkəsi” cəmi 24 dəqiqə çəkdi. 76-cı dəqiqədə Norden 5-ci qolu U-21-in qapısından keçirdi. Qalan dəqiqələrdə meydan sahibləri bir qədər insaflı davranaraq qonaqların qolkiperini daha topu tordan çıxarmağa məcbur etmədilər. Beləliklə, U-21 serb mütəxəssisin rəhbərliyi altında seçmə mərhələnin 4-cü matçında 3-cü dəfə meydanı başıaşağı tərk etməli oldu.
Reaksiya
Milan Obradoviç: “Hamının tanıdığı və nəyə qadir olduğunu bildiyimiz Fransaya qarşı oynadıq. Buna baxmayaraq çox təəssüflənirəm ki, ilk 3 qolu, demək olar ki, rəqibə “bağışladıq”. Meydan sahibləri qələbəni haqq etdilər. Biz isə heç olmasa, 1 qol vurmağa layiq idik. Böyük hesabla udzsaq da, futbolçularıma dedim ki, ən azı belə komandaya qarşı oynaya bildiyinizi göstərdiz. Bir neçə yaddaqalan hücumumuz oldu. Bu gün Azərbaycanın Fransa səviyyəsində olmadığını hamımız bilirik. Səviyyə baxımından bizə yaxın olan yığmalarla oynamaq gücündəyik. Bu oyunda bir daha gördük ki, meydanda sürətli oyun nə deməkdi. Bundan sonra yaxşı istirahət edib İsveçrə ilə oyuna hazırlaşmamız lazımdı. Yəqin ki, heyətdə müəyyən dəyişikliklər olacaq”.
1. Gürcüstan 2 2 0 0 7-0 6
2. Fransa 1 1 0 0 5-0 3
3. İsveçrə 1 1 0 0 5-0 3
4. Slovakiya 2 1 0 1 5-4 3
5. AZƏRBAYCAN 4 1 0 3 2-10 3
6. Lixtenşteyn 4 1 0 3 3-13 3
11 oktyabr: İsveçrə - Gürcüstan; 15 oktyabr: AZƏRBAYCAN – İsveçrə, Slovakiya – Fransa.