"Qarabağ"ın polşalı sabiq legioneri Yakub Jezniçak fürsətdən istifadə edərək Bakıya gəlib. 33 yaşlı müdafiəçi sabiq komandasının premyer-liqanın 7-ci turunda "Sabah"ı 2:0 hesabıyla məğlub etdiyi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda izləyib. Matçdan sonra isə komanda üzvləriyə görüşərək bir çoxu ilə şəkil çəkdirməyə imkan tapıb.
Xatırladaq ki, ötən mövsüm bitəndən sonra "Qarabağ"ın başa çatan müqaviləsini uzatmadığı Jezniçak vətəninə qayıdaraq Plotsk "Visla"sı ilə anlaşıb. “Kuba” Ağdam klubunda çıxış etdiyi iki mövsümdə ölkə çempionu adını qazanıb, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olub.
HƏBİB