Sizin reklam burada

“Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb

Baxış Sayı:728

“Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb
26. Neftçi (Bakı) – Səbail 2:1 (2:0)
1. Səlahət Ağayev (k) – 5,5
(30. Aqil Məmmədov, 46) – 5,0
77. Vild-Donald Gerye – 4,5
5. Anton Krivotsyuk – 5,5
6. Voislav Stankoviç – 5,0
26. Ömər Buludov – 5,0
93. Soni Mustivar – 5,0
36. Mamadu Kane – 5,5
28. Stiven Jozef-Monroz – 6,0
17. Rəhman Hacıyev – 5,5
(7. Namiq Ələsgərov, 71) – 5,0
10. Dario Federiko – 4,5
(3. Mamadu Mboc, 86) – qiymətsiz
19. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
9. Baqali Dabo
11. Evangelis Platellas
18. Tural Axundov
37. Vüsal Əsgərov
56. Elton Əlibəyli
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Stiven Jozef-Monroz

85. Kamal Bayramov – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
32. Elvin Yunuszadə - 5,0
34. Ürfan Abbasov – 5,0
(88. Orxan Qurbanlı, 85) – qiymətsiz
3. Turan Manafov – 5,0
4. Eltun Yaqublu (k) – 4,5
(7. Fəhmin Muradbəyli, 65) – 4,5
5. Vüqar Bəybalayev – 4,0
(6. Maykl Essyen, 46) – 4,0
14. Rahid Əmirquliyev – 5,0
10. Ağabala Ramazanov – 5,0
8. Yevgeni Koçuk – 5,5
22. Mirabdulla Abbasov – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
9. Mirsahib Abbasov
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: S.Jozef-Monroz, 41 (1:0, R.Hacıyev). A.Krivotsyuk, 44 (2:0, R.Hacıyev). A.Ramazanov, 81 (Ş.Rəhimov).
Vərəqələr: A.Ramazanov, 6 (qeyri-idman hərəkəti). Ö.Buludov, 15 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 33 (qeyri-idman hərəkəti). Y.Koçuk, 51 (qeyri-idman hərəkəti). V.Stankoviç, 61 (oyun qaydalarının sistematik şəkildə pozulması). M.Essyen, 80 (qeyri-idman hərəkəti). R.Əliyev, 85 (hakimin qərarına etiraz). A.Məmmədov, 90+3 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
5 oktyabr. Bakı. Bakcell Arena. 1200 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Yarım saat əvvəl bitən oyunda “Keşlə”nin heç-heçə edib xalını 11-ə çatdırması “Səbail” kimi “Neftçi”nin də qələbə istəyini artırmışdı. “Ağ-qaralar” qalib gələcəyi halda vəziyyətini xeyli yaxşılaşdıracaq, uduzacağı təqdirdə 8 xalla “Zirə”yə qonşu olacaqdı. Qısası, ilk dövrəni “3-lük”də başa vurmaq üçün amansız mübarizəyə şahidlik edəcəyimizi təxmin edirdik.
Lakin oyunun əvvəli “Neftçi” rahat qələbə qazanacağına şübhə yeri qoymadı. Qonaqlar böyük qüvvə ilə müdafiə olunub əks-hücumlara bel bağladığı halda, həmşəhərliləri rəqib qapısı qarşısında təzyiq yaratmaqda davam edirdi. Təxminən yarım saat qapıçıların üzərinə ciddi yük düşmədi. Buna səbəb isə hücumda son nöqtəni qoyan futbolçuların tapılmamasıydı. 32-ci dəqiqədə Rauf elə bir şansı qaçırdı ki, Bordinin havalanmaması mümkünsüz idi. 40-cı dəqiqədə Kamal Rəhmanın zərbəsinə əla reaksiya göstərib topu küncə çıxaranda epizodun davamında qol olacağını bilsəydi, bəlkə də özünə əziyyət verməzdi. Rəhmanın havalandırdığı topu nəzarətsiz qalan Stiven başla tora qovuşdurdu. 3 dəqiqə sonra yenə künc zərbəsi, yenə eyni cinah, yenə Rəhmanın asması, yenə baş zərbəsi və qol. Bu dəfə Anton adını tabloya yazdırdı.
Fasilədən sonra “dənizçilər”in çıxışında müəyyən yüksəliş və aqressivlik müşahidə olunsa da, rəqib qapısı önündə çoxluq yaratmaq mümkün olmurdu. Ağabala ilə Mirabdulla əksər hücumlar zamanı dəstəksiz qalırdı. Əvəzində “Neftçi” rəqibi azlıqda tutur, qol vəziyyətləri bir-birini əvəzləyirdi. Bayramovun 65 və 72-ci dəqiqələrdə Jozef-Monrozun dubl etməsinə imkan verməməsi komanda yoldaşlarını həvəsləndirməklə yanaşı, “vurmayana vurarlar” prinsipinin işə düşməsinə səbəb oldu. Şəhriyarın hava ötürməsini Ağabala qapıdan keçirib, “Neftçi”nin baş qollarına elə başla cavab verdi. Oyunun sonlarına yaxın bərabərlik topunu vurmağa isə nə vaxt çatdı, nə də güc.
“Neftçi” ardıcıl 2–ci qələbəsini qazanıb turnir cədvəlində durumunu xeyli yaxşılaşdırdığı halda, “Səbail” ardıcıl 2-ci matçda uduzdu.

Gözdən qaçmadı
* ”Qəbələ” ilə səfər görüşündə tribunaya qayıdan “Forza Neftçi”nin üzvləri bu dəfə “Bakcell Arena”nın onlar üçün ayrılmış sektorunda yerlərini tutmuşdular. Saylarında ötən mövsümün sonu ilə müqayisədə seyrəklik müşahidə olunsa da, 150-dən az olmazdılar. “Neftçimaniya” isə 30-a yaxın üzvlə varlığını göstərməyə çalışırdı.
* Artıq neçə oyundu klub rəhbərliyi ilə baş məşqçini istefaya səsləyən azarkeşlər bu dəfə də öz amplualarında idilər. 10-cu dəqiqə tamam olmamış “Neftçimaniya”nın “istefa” səsləri eşidildi. “Forza Neftçi” isə 24-cü dəqiqədə - hesab 0:0 olanda coşmağa başladı. Maraqlıdı ki, fasilədən sonra, yəni meydan sahibləri hesabda 2 top fərqi ilə öndə olanda da azarkeşlər Kamran Quliyevlə Ceyhun Sultanovu, həmçinin Roberto Bordini klubdan getməyə çağırırdı.
* “Çelsi”, “Real” kimi komandaların sabiq ulduzu Maykl Essyen ikinci yarıda meydana çıxmaq şansı qazansa da, meydanda varlığı ilə yoxluğu bilinmirdi. Gəzə-gəzə oynayan yarımmüdafiəçi əsasən yaxın məsafədən top alıb-verməklə işini bitmiş sayırdı. Bəzən də komanda yoldaşlarına tapşırıqlar verirdi. Belə epizodların birində Essyen Ağabalanı nisbətən “ortaya” çəkilməyə səslədi ki, Ramazanovun ona “topu qabağa vur, qaçım” şəklində cavab verməsi maraqlı görüntü yaratdı.
* Ağabala demişkən, “10 nömrə” fasilədən sonra “Neftçi” azarkeşlərinin düşməninə çevrilmişdi. Hər dəfə top ona düşəndə, fitə basılır, adına uyğun atmacalar atılırdı. Çılğınlığı ilə tanınan yığma üzvünün tribunalara cavab verməməsi xoş görüntü idi.
* Aftandil Hacıyevin oyunsonrası mətbuat konfransını “Səbail”in mətbuat katibi Törə Əhmədova yox, “Neftçi”nin sözçüsü Rüstəm Allahverdiyev açıq elan etdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR