Sizin reklam burada

"Qarabağ" “Sabah”la oyunda da büdrəmədi

Baxış Sayı:646


27. Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 (1:0)
1. Asmir Beqoviç - 6,5
23. Faysal Rerras - 5,5
5. Maksim Medvedev (k) - 5,5
55. Bədavi Hüseynov - 5,5
30. Abbas Hüseynov - 5,5
20. Riçard Almeyda - 5,5
6. Simeon Slavçev - 5,0
(18. İsmayıl İbrahimli, 80) - qiymətsiz
7. Araz Abdullayev - 5,0
(10. Dani Kintana, 65) - 5,0
21. Hacıağa Hacılı - 6,0
11. Mahir Əmrəli - 5,0
(17. Abdulla Zubir, 38) - 6,0
99. Maqaye Geye - 6,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
13. Vaqner da Silva
3. Aylton Silva
4. Rahil Məmmədov
14. Rəşad Sadıqov
24. Nihad Tamazov
45. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Asmir Beqoviç

1. Saşa Stamenkoviç - 4,5
19. Təmkin Xəlilzadə - 4,0
4. Bəhlul Mustafazadə - 4,0
13. Filip İvanoviç - 3,5
17. Məhəmməd Mirzəbəyov - 4,0
7. Coşqun Diniyev - 5,0
(11. Şakir Seyidov, 75) - 4,0
14. Rəşad Eyubov (k) - 4,0
26. Ozancan Kökcü - 4,5
(77. Cavid Tağıyev, 78) - qiymətsiz
9. Ulise Diallo - 4,0
27. Hendrik Ekşteyn - 4,0
23. Amadu Diallo - 4,0
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
20. Anar Panayev
22. Məqsəd İsayev
99. Abbas Ağazadə
Baş məşqçi: Rövşən Babayev
Komandanın ən yaxşısı: Coşqun Diniyev
Qollar: M.Geye, 16 (1:0). A.Hüseynov, 50 (2:0).
Vərəqələr: M.Geye, 4 (qeyri-idman hərəkəti). M.Əmrəli, 6 (hakimin qərarına etiraz). C.Diniyev, 33 (qeyri-idman hərəkəti). R.Almeyda, 83 (qeyri-idman hərəkəti). R.Eyubov, 83 (qeyri-idman hərəkəti) - sarı. B.Mustafazadə, 79 (rəqibi aşkar qol imkanından məhrum etmək) - qırmızı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
6 oktyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 1400 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
"Sabah" ötən mövsüm "Qarabağ"dan iki dəfə xal almağı bacarmışdı. Çempionatda rəqabətin olmasını arzulayanlar masazırlılardan yenə eyni uğuru gözləyir, ən azı buna ümid edirdi. Axı İqor Ponomaryovun rəhbərliyi altında ötən tur "Səbail"ə böyük hesabla qalib gələn "Sabah"a daha bir amil kömək edə bilərdi. Söhbət son illərin dəyişməz çempionunun iki gün əvvəl Lüksemburq səfərindən dönməsindən, yəni mümkün yorğunluq faktından gedir. Ancaq bu da "Qarabağ"ın maksimum nəticə ilə birinci dövrəni lider başa vurmasına əngəl olmadı. Yeri gəlmişkən, Qurban Qurbanovun komandasında Asmir Beqoqviçi ən yaxşı seçməyimiz təəccüblü görünsə də, bosniyalı qapıçı bir neçə kritik müdaxiləsi ilə diqqəti çəkdi. Bir dövrəyə cəmi 1 qol buraxan komandanın yaxşısı kim olmalıdı ki?!
İnsafən, "Sabah" oyuna pis başlamadı. İlk 6 dəqiqə ərzində meydan sahiblərinin iki üzvünə sarı vərəqə göstərilməsi də qonaqların işinə yaraya bilərdi. Ancaq "Qarabağ" 16-cı dəqiqədə hesabı açdı. Arazın qüvvətli zərbəsindən sonra Stamenkoviç topu dəf etdi, ancaq Geye özünü yetirib ikinci cəhddə olsa da, toru silkələyə bildi. Bu epizodda qapıçının və Bəhlulun çabaları yetərsiz qaldı. Sonrakı dəqiqələr Mahirin zədələnib yerini Zubirə verməsi, oyunun nisbətən bərabərləşməsi ilə yadda qaldı. Düzdü, topa sahibolmaya görə yenə "Qarabağ" üstün görünürdü, amma qapılar qarşısında növbəti real qol vəziyyətinə şahid olmaq üçün 39-cu dəqiqəyə kimi gözləmək lazım gəldi. Faysalın cərimə meydançasının həndəvərindən zərbəsindən sonra top qapı çatından döndü. Geye 42-ci dəqiqədə dublunu gerçəkləşdirə bilərdi. Onun sol cinahdan çarpaz vuruşunu Saşa konerə çıxarmağı bacardı. "Sabah"ın hissənin sonuncu dəqiqəsində reallaşdırdığı həmlə də təhlükəli alındı. Ancaq reportajın əvvəlində qeyd etdiyimiz kimi, Beqoqviç ayıq-sayıq davrandı və Diniyevin sevinməsinə imkan vermədi.
"Qarabağ" ikinci hissəyə qolla başladı. Əslində ağdamlılar Rəşad Eyubovun "hədiyyə"sindən sonra fərqləndilər. Yarımmüdafiəçi cərimə meydançasında topu Abbasa ötürərək kobud səhvə yol verdi. Sonuncu isə öz növbəsində qapıçı ilə təkbətək çıxıb toru silkələdi - 2:0.
Eyubov az sonra səhvini gözəl qolla unutdura bilərdi. Hardasa 35 metr reyd edən yarımmüdafiəçi bir neçə rəqibdən sıyrılıb cərimə meydançasına daxil oldu və zərbə endirdi. Di gəl ki, top toru yandan silkələdi. Bir qədər sonra Araz Stamenkoviçlə üzbəüz epizodda fərqlənə bilmədi. 79-cu dəqiqədə "Sabah" azlıqda qaldı. Bəhlul qapıçı ilə təkbətək çıxan Geyeni cərimə meydançasının həndəvərində arxadan çəkərək dayandırdı və haqlı olaraq qırmızı vərəqə aldı. Bununla belə, "Sabah" təslim olmadı. 83-cü dəqiqədə standart vəziyyətdən sonra Beqoqviç Ulise Diallonun yaxın məsafədən başla zərbəsini inanılmaz reaksiya ilə dəf etdi. Əslində belə zərbələr qapıçılar üçün öldürücü sayılır. Çünki top yerə dəymişdi. Ancaq İngiltərə premyer-liqası təcrübəsinə malik qolkiper vəziyyəti düzgün dəyərləndirdi. Beləliklə, "Qarabağ" ilk dovrəni 10 xallıq fərqlə lider başa vurdu.
MİRAĞA

Gözdən qaçmadı
* "İmarətçilər"in açdığı "BANNERONTOUR" yazılmış pankart diqqəti çəkdi. Öyrəndik ki, fanklubun bəzi üzvləri hələ Lüksemburqdan dönməyiblər. Əsas pankartı da məhz onlar özləri ilə AL-dəki səfər oyununa apardıqları üçün çempionat matçına məhz bu bannerlə çıxmağa qərar veriblər.
* Ramiz Qafarov birinci hissəyə artırılan vaxtı elan edərkən "ikinci hissə"yə dedi. Sonradan elanı təkrarlamaq məcburiyətində qaldı.
* "Sabah"ın baş məşqçisi İqor Ponomaryov 73-cü dəqiqədə Ozancan Kökçünü Şakir Seyidovla dəyişmək istədi. Ancaq nə fikirləşdisə, qərarını dəyişdi, Coşqun Diniyevi oyundan almaqla diqqəti çədi. Belədə Seyidov meydanın kənarında bir neçə dəqiqə gözləməli oldu. Maraqlıdı ki, Diniyev meydanı narazı tərk etdi, hətta baş məşqçinin əlini də sıxmadı. Ehtiyat oyunçular skamyasına gələn kimi böyük qardaşı Kərim Cosquna yaxınlaşıb onu sakitləşdirdi, içməyə su verdi.
* "Sabah"ın aşağı yaş qruplarından təşkil olunan azarkeşləri "Qarabağ" bizimdi, bizim olacaq" şüarını səsləndirdilər ki, onların bu jesti yerli tərəfdarlar və neytral izləyicilər tərəfindən alqış qazandı.
* Qarşılaşmanın sonlarında futbolçular arasında gərginlik yaşandı. Texniki zonanın yaxınlığında baş verən epizoda Rəşad Sadıqov da müdaxilə etmək istədi, Riçard Almeyda ilə mübahisə edən adaşı Eyubova əsəbi tonda iradını çatdırdı. Bu zaman "Sabah"ın kapitanı da ona eyni tonda qarşılıq verdi. Belədə Sadıqov güzəştə gedib ehtiyat oyunçular skamyasına döndü.
* Oyundan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova Cənubi Azərbaycanın “Traktor”” klubunun forması hədiyyə olundu. Formanı ona Təbrizdən gələn soydaşımız Əmiran Əsgər bağışladı.

Reaksiyalar
Rövşən Babayev: "Qarabağ"ı təbrik edirəm. Bu gün əlimizdən gələni etsək də, meydandan məğlub ayrıldıq. Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilır. Nə bacardılarsa, onu etdilər. Ruslan Abışovla Cavid İmamverdiyevin zədəsi var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq. Coşqun Diniyev əvəzlənməsindən narazı idi? Yox, o, əvəzlənməsini özü istəmişdi. Birinci dövrəni sonuncu yerdə başa vurmağımızın səbəbini öz aramızda araşdıracağıq. Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Baş məşqçi məsələsi fasilədə həllini tapacaq? Bu, rəhbərliyə aid sualdı".
Qurban Qurbanov: "Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm də avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Fiziki, psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmək problem ola bilərdi. Amma çox fəal göründülər. “Sabah”a uğur arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq. 7 oyunda cəmi 1 qol buraxmağımızı rəqib hicumçuların zəif olması ilə əlaqələndirmək doğru deyil. Bəzən nadir hallarda olsa da, belə period baş verir. Qol buraxmamaq istəyi çoxdu. Bu gün də qapımız qarşısında təhlükəli epizodlar oldu. Hər oyun müdafiəçilərimiz çox çalışırlar, bəzən də qapıçı qurtarışlar edir.
Mahir Mədətovun durumuna gəlincə, topuq hissəsi şişib. Gördüyümüz qədər yaxşı deyil. Sabah rentgen müayinəsindən sonra dəqiq bilinəcək. Onun belə zədə almasını istəməzdik. Zədədən yeni qayıtmışdı və formasını bərpa edirdi. Ancaq futboldu, belə şeylərə hazır olmalıyıq.
Hakimə ikinci sarı vərəqə zamanı etirazım oldu. Oyunun əvvəlində iki “sarı” verilməsi məni özümdən çıxardı. Amma sonra ona yaxınlaşıb, danışdım. Futbolda belə şeylər normaldı. Gənc hakimlərdi, onlara uğur arzulayıram. Çempionat oyunlarına futbolçuları necə motivasiya edirəm? Əvvəlcə onu deyim ki, mövsümün əvvəlində heç nə həll olunmur. Əlimizdə şans varsa, xal ehtiyatını artırmağa çalışmalıyıq. Heç bir komanda ilboyu eyni səviyyədə qala bilmir, müəyyən müddət problemlə üzləşir. Nə qədər imkan varsa, maksimum hazır olmalı və xallar qazanmalıyıq. Futbolçular getdikcə daha da peşəkarlaşır. Mənim söz ehtiyatım o qədər də çox deyil. Sadəcə, futbolçularla dialoqdayıq, həmişə bir yerdəyik. Bacardığımız qədər yaxşı nəticələr qazanmaq istəyirik.
Mənə “Traktor”un forması hədiyyə olundu. Elə bu gün aparıcılarını izlədim, futbolçusuna şeir deyirdi. Oyunlarına yox, amma qollarına baxıram. Onların vəziyyəti ilə maraqlanıram. Gələcəkdə onlarla yoldaşlıq oyunu keçirməyimiz mümkündü. Sadəcə, bu o halda olar ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdu.
Moskva “Spartak”ının baş məşqçisi təyin olunacağımla bağlı xəbərlərə o qədər də önəm verməyək. Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri müəyyənləşib. Bir daha demək istəyirəm ki, belə yazılara o qədər də önəm verməyək.
Yığmanın oyunları ilə bağlı fasilə müddətində minimum bir yoxlama oyunu keçirmək istəyirik. Amma ola bilər ki, bu, heç 90 dəqiqə olmasın. Ayın 12-nə planlaşdırırıq. Məşqin əvəzinə belə oyun keçirə bilərik.
Beqoviçlə müqaviləni uzatmaq? Gücümüz çatan qədər müqavilə bağlamışıq (gülür). Qışda nə olacağını görəcəyik. Komandaya tez uyğunlaşdı. Pozitiv insandı, sanki bir neçə ildi burdadı. Heç düşünmürük ki, İngiltərədən gəlib, çox sadə və peşəkardı. Qalmasını istəyərik".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR