“Araz” ÇL-də mübarizəyə başlayır
Futzal üzrə Çempionlar Liqası
Əsas mərhələ, 2-ci qrup
Araz (Naxçıvan) – Halle-Gooik (Belçika)
Hakimlər: NİKOLA YELİÇ (XORVATİYA), Damian Yaruşieviç (Polşa), Viktor Buqenko (Moldova).
9 oktyabr. Halle. De Bres Arena. Saat 22.30
Sabah futzal üzrə Çempionlar Liqasında əsas mərhələyə start veriləcək. Ölkəmizi qitə turnirində təmsil edəcək “Araz” artıq Belçikadadı. Qeyd edək ki, oyunlar oktyabrın 9-u, 10-u və 12-də keçiriləcək. Naxçıvanlılar uyğun olaraq, yerli “Halle-Gooik”, Portuqaliyanın “Benfika” və Ukraynanın “Xerson” klubları ilə qarşılaşacaq. Qrupda ilk 3 yeri tutanlar elit-raunda vəsiqə qazanacaq. Bununla belə, bu ay iki məsul yarışa hazırlaşan Joze Alesio da Silvanın komandasını heç də asan sınaq gözləmir. Çünki rəqiblərin hər biri inkişaf etmiş futzal ölkələrinin təmsilçiləridi. Bu mənada əsas mübarizə ukraynalılarla olacaq. Üstəlik, komanda demək olar, tam yenilənib. Hər halda, Hadi Rizvan, Vahid Şəfeyi, Murilo, Əmir Şocaye və Hadi Əhmədi “Araz”la ilk dəfə ÇL-də çıxış edəcəklər. Baş məşqçi Joze Alesio da Silvanın “daşları yerinə necə oturtduğunu” zaman göstərəcək.
Qeyd edək ki, Naxçıvan klubu ÇL-ə 13 futzalçı ilə yollanıb: qapıçılar - 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov; sahə oyunçuları - 3. Vahid Şəfeyi, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Hadi Rizvan, 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 13. Əmir Şocaye, 15. Hadi Əhmədi, 17. İsa Atayev.
MİRAĞA

Yeri gəlmişkən...
Klublarımızın futzal üzrə UEFA kubokundakı macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa “Turan AİR” ayaq açıb. Qrupda keçirdiyi ilk matçda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdı ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/19 mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır və “Araz” ötən mövsümün iştirakçısı olub. Bu liqanın yeni mövsümündə də ölkəmizi “Araz” təmsil edəcək.

Son xəbərlər

MY onu komandada saxlamaq istəyir

"Barselona"da itki

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

"Barselona" "İnter"lə oyunun hakimini şikayət edəcək

"Əlimizdən gələni edəcəyik" - Şahruddin Məhəmmədəliyev

FIFA Namik Ələskərova görə "Bursaspor"u cəzalandırdı

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

"Kəpəz-2" və "Turan Tovuz-2"dən qələbə, MOİK məğlub oldu - YENİLƏNİB

Cüdoçularımızın dünya çempionatındakı rəqibləri bilindi

"Qarabağ" Afinada - FOTOLAR

"Barselona" UEFA-ya şikayət edəcək

"Real"da ciddi itki

Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

"Kəpəz" xorvatiyalı qapıçını transfer etdi

"Neftçi"nin futbolçusu evləndi

Ümumdünya Şahmat Olimpiadasında 3-cü tur sona çatdı - FOTOLAR

“Kəpəz” braziliyalı hücumçunun transferində maraqlıdı

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

AFFA Velebitin iradlarına cavab verdi

47 dəqiqəlik derbi

Cavid Hüseynov “Cəbrayıl”ı bir məktəbdə oxuduğu dostuna tapşırıb

"Türkiyədə pul futboldan önə keçib, amma "Qarabağ"da belə deyil" - Türkiyəli ekspert

İspaniya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

"Barselona"nın yeni antirekordu

Qurban Qurbanov "Olimpiakos"la oyundan öncə narahat olduğu məqamlardan danışdı - MÜSAHİBƏ

"Biz öz gücümüzü bütün mövqelərdə göstərdik" - Çalhanoğlu

Millimizin sabiq üzvü seçkidə uduzdu

Mata idarəçilik kurslarına qatılacaq

"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Bütün xəbərlər