Sizin reklam burada

“Kapital Bank Arena”da səssiz gecə

Baxış Sayı:755


25. Sumqayıt – Keşlə 0:0
1. Mehdi Cənnətov – 5,5
44. Elvin Cəfərquliyev – 5,0
5. Camaləddin Xocaniyazov – 5,0
4. Şəhriyar Əliyev (k) – 5,0
14. Elvin Bədəlov – 4,5
22. Sərtan Taşqın – 5,0
6. Vüqar Mustafayev - 5,0
28. Səbuhi Abdullazadə - 5,0
(97. Xəyal Nəcəfov, 87) – qiymətsiz
10. Əmir Ağayev – 5,0
8. Peyman Babayi – 4,0
(9. Amil Yunanov, 81) – qiymətsiz
70. Mehdi Şərifi – 4,0
(11. Elgün Nəbiyev, 90+2) – qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
94. Nicat Mehbalıyev
3. Vurğun Hüseynov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
50. İlqar Qurbanov
90. Rəhim Sadıxov
18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov

1. Stanislav Namaşko – 5,0
4. Slavik Alxasov (k) – 5,0
21. Miyuşko Boyoviç – 5,0
5. Franko Flores – 5,0
2. İlkin Qırtımov – 5,0
17. Vüsal İsgəndərli – 5,0
(3. Cabir Əmirli, 89) – qiymətsiz
11. Ruslan Qurbanov – 4,0
(22. Əfran İsmayılov, 69) – 5,0
25. Con Kamara – 5,5
7. Tural Bayramlı – 5,0
10. Sezar Meza Kolli – 5,0
(6. Rəşad Sadiqov, 83) – qiymətsiz
9. Lorenso Frutos – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
16. Şahin Zəkiyev
33. Tərlan Quliyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
66. Murad Qayalı
90. Orxan Fərəcov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Con Kamara
Vərəqələr: R.Qurbanov, 6 (hakimin qərarına etiraz). E.Cəfərquliyev, 37 (qeyri-idman hərəkəti). E.Bədəlov, 51 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 65 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 82 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Haakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
5 oktyabr . Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Birinci dövrənin son turunun ilk qarşılaşması Sumqayıtda baş tutdu. Şəhərin eyniadlı komandası dövrənin sürpriz kollektivi “Keşlə”ni qonaq edirdi. Bəribaşdan qeyd edək ki, oyun günü gələn ay 70 illiyini qeyd edəcək “gənclik şəhəri”ndə güclü külək əsdiyindən azarkeşlər artıq birhissəli “tamaşa” izləyəcəyini göz önünə almışdı. Qarşılaşmanın statrtına saatlar qalmış şəhərdə futbolla maraqlanan hər kəs bilirdi ki, küləyə görə fərqli iki hissə izləyəcəklər.
Gözləntilər özünü doğrultdu. Püşkə əsasən ilk yarıda meydan sahibləri küləyin əsdiyi istiqamətdə hücum qurmalıydılar. Ancaq Ayxan Abbasovun komandası təbiətin yaratdığı üstünlükdən yararlanmağı bacarmadılar. Əksinə, qonaqlar daha intizamlı oyunla qol vurmağa yaxın oldular. Ruslan Qurbanovun topu özündə çox sağlaması səbəbindən kəsərli əks-hücumları nəticəsiz qalan qonaqlar bir neçə epizodda qola yaxın olsalar da, Səlahət Ağayevin zədələnməsi səbəbindən yığmaya dəvət olunan Mehdi komandasını real qoldan xilas etdməklə yadda qaldı. “Kimyaçılar”ın Namaşkonu məyus etmək istəyini isə Peymanla Mehdi heçə endirdilər. Nə Babayi, nə də həmyerlisi Şərifi üzərlərinə düşən öhdəliyi yerinə yetirdilər. Cənubi Azərbaycandan Sumqayıta gələn futbolçular sanki məşqdəymişlər kimi insafsızcasına əlverişli vəziyyətləri sağa-sola xərcləməklə yadda qaldılar. Küləyə qarşı oynamasına baxmayaraq, daha yaxşı təsir bağışlayan qonaqlar 40-cı dəqiqədə Vüsalla qola yaxın olsalar da, Mehdi rəqib oyunçunun sevinməsinə imkan vermədi.
İkinci yarıda isə ilk təhlükə qonaqların qapısı önündə yaşandı. Künc zərbəsindən sonra Mehdi əlverişli mövqeyə çıxsa da, topu normal qaydada saxlayıb qapıya vurmaq əvəzinə, akrobatik zərbə ilə fərqlənməyə üstünlük verdi ki, bu da istənilən effekti vermədi. Ümumiyyətlə, Şərifi “Sumqayıt”a gəldiyi ilk gündən “xüsusi” futbolçu olduğunu hər vəchlə isbatlamağa çalışır. “İstiqlal”ın heyətində iki dəfə İran çempionluğunu bayram edən forvard hər dəfə sadə qol vurmaq əvəzinə, epizodu qəlizləşdirib, sanki “mən elə-belə, sadə vəziyyətlərdə fərqlənmək istəmirəm” demək istəyir ki, bu da komandasına baha başa gəlir. Qlamur həyatı sevən Şərifi bununla da həm özünü, həm də komandasını pis vəziyyətdə qoyur. Bunun isə əziyyətini “ağ-göylər”in müdafiəçiləri və qapıçısı çəkir. 54-cü dəqiqədə Ruslan Meza Kolinin ideal ötürməsi ilə qapıçıyla təkbətək çıxdı. Həmin an Qurbanovun adını tabloya yazdırmasına heç nə mane olmasa da, Mehdi inamlı oyunu ilə komandasının xilaskarı oldu. Son 20 dəqiqəni isə oyuna sonradan daxil olan Əfran İsmayılovun adına yazmaq mümkündü. “22 nömrə” meydana çıxmaqla komandasının oyununu canlandırdı və meydan sahiblərini tam müdafiəyə çəkilməyə məcbur etdi. Tənbəlliyi ilə ad çıxaran istedadlı yarımmüdafiəçi fərdi ustalığı sayəsində meydan sahiblərininin müdafiə xəttinə əsl başağrı oldu. Dəfələrlə ikili mübarizələrdən qalib ayrılıb, bəzən bir hərəkətlə rəqibin 3 futbolçusunu işsiz qoyan Əfran hətta yerli publikanın da alqışını qazanmaqla yadda qaldı. Amma onun və komanda yoldaşlarının fəallığına baxmayaraq, qonaqlar Cənnətov səddini aşa bilmədilər. Və qarşılaşma qolsuz başa çatdı.
RƏŞAD

Reaksiyalar
Tərlan Əhmədov: “Komandamızda ilk yarıda müəyyən arxayınlıq var idi. Fasilədən sonra açıq futbol izlədik. Zənnimcə, ədalətli nəticədi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçularımdan razı qaldım. “Sumqayıt” bizdən 2 gün əvvəl oynamışdı. Biz isə daha gec meydana çıxmışdıq. Bu da cəmi 4 gün hazırlaşmağımızı şərtləndirdi. Bir qədər Sezarda ağrılar var idi. Bu üzdən ön xətdə bir qədər inamsız oynadıq. Bəhanə gətirmək istəmirəm. Ona görə də bunu qabartmadım. Əlbəttə, fasiləyə qədər küləyə qarşı oynamağımız istədiyimiz futbolu sərgiləməyə mane olurdu. Ancaq peşəkar futbolda istənilən hava şəraitində oynamağa hazır olmalısan. İlk dövrəni 11 xalla başa vurduq. Ancaq bundan da yaxşı ola bilərdi. Müəyyən oyunlar oldu ki, qalib gələ bilərdik, eləsi də oldu ki, məğlubiyyətə layiq deyildik. Ancaq ilk dövrədə topladığımız xalı da qənaətbəxş nəticə sayıram. Əsas odu ki, liderlər qrupundan çox uzaq düşməmişik”.
Tərlan bəy mətbuat konfransını tərk edərkən ayaqüstü “Neftçi”də işlədiyi günləri də yada salmağı unutmadı və bəndənizə “Neftçi”də işləyərkən qışa qədər komandanın hesabında cəmi 1 xal var idi, mövsümün sonunu yəqin ki, hamı xatırlayır” deyib, konfrans salonunu tərk etdi.
Ayxan Abbasov: “İlk növbədə fürsətdən istifadə edib bütün müəllimləri peşə bayramı münasibəti ilə klubumuz adından təbrik edirik. Oyuna gəlincə, “Keşlə”nin gücünü bilirdik. “Qarabağ”dan sonra ən az qol buraxan və ən çox qol vuran komandadı. Oyunçularımdan razı qaldım. Onların da qol vurmaq şansı var idi, bizim də. Bir qol oyunun taleyini həll edə bilərdi. Yuxarı sıralarla fərq böyük deyil, fasilədən sonra mübarizəni davam etdirəcəyik. Bu 1 xal uşaqları ruhdan salmamalıdı. Qarşılaşma gərgin keçirdi. Bilmək olmazdı, sonradan meydana çıxan futbolçular oyuna qoşula biləcək, ya yox. Belədə erkən əvəzetmə yersiz olardı. Bu həm də o deməkdi ki, start heyətində meydana çıxanlar hardasa ümidləri doğruldurdular. Kollektivdən razı qaldım. Buna görə də əvəzetmədə tələsmədik”.

Gözdən qaçmadı
* “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov komandaların isinmə hərəkətləri zamanı meydanın kənarında dayanıb futbolçuların hakimin start fiti ərəfəsində oyuna necə hazırlaşmasını diqqətlə izləyirdi. Futbolçular paltardəyişmə otağına yollanmamışdan öncə Zaur bəy komanda üzvləri ilə görüşüb, onlara uğurlar arzuladı.
* “Sumqayıt”la matça Zaur Axundov başının dəstəsi ilə təşrif buyurmuşdu. Onların sayı o qədər çox idi ki, VİP-lojada qonaqlar üçün ayrılmış yerdə Zaur bəyin dostlarının bəzilərinə yer çatmamışdı və onlar matçı ayaqüstə izləməyə məcbur oldular. Onu da qeyd edək ki, “Keşlə”nin rəhbərini müşayiət edənlərin əksəriyyətinin idmançı olduğu ilk baxışdan sezilirdi.
* Vaxtilə “Neftçi”nin idman direkrotu vəzifəsini icra edən Güloğlan Cabbarov da matçı izləyənlər arasında idi. Oyunun fasiləsində Cabbarovla “Sumqayıt”n prezidenti Riad Rəfiyevin ayaqüstü söhbəti də gözümüzdən yayınmadı.
* Matçın gedişində “Keşlə”nin fanklubunun səsləndirdiyi bəzi şüarlar yerli azarkeşlər tərəfindən heç də xoş qarşılanmadı. Sumqayıtlı futbolsevərlərdən biri fanklubun amiqosuna üzünü tutaraq “bayaqdan fikir verirəm, “Sumqayıt”ın ünvanına pis şüralar deyirsən, bu uşaqlar da sən dediklərini təkrarlayır. Səsləndirdiyin şüarlara görə şəxsən mən, 52 yaşım olmasına baxmayaraq, səni bu stadiona gəldiyinə görə peşman edərəm” dedi və ardınca “ağıllı ol, amiqo olmaq o demək deyil ki, ağzına gələni deyəsən və bunu da 12-13 yaşlı uşaqlar təkrarlasın” söylədi. Yaşlı futbolsevərin sözlərindən nəticə çıxaran “Keşlə”nin amiqosu qalan dəqiqələrdə bir daha eyni səhvə yol vermədi.
* “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin heç-heçədən narazı qaldığı hiss olnurdu. Klub prezidenti “Kapital Bank Arena”nı əsəbi halda tərk etdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR