Dünən milli komandamızın heyəti açıqlanıb. Baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib. Kapitan Maksim Medvedev, Dmitri Nazarov və Anton Krivotsyuk cəzalı olduqlarına görə heyətdən kənarda qalıblar. "Albasete"də çıxış edən Eddi İsrafilov isə uzun fasilədən sonra düşərgəyə qoşulacaq: qapıçılar - Səlahət Ağayev (Neftçi), Emi Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ); müdafiəçilər - Şəhriyar Əliyev (Sumqayıt), Ömər Buludov (Neftçi), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah"); yarımmüdafiəçilər - Qara Qarayev, Riçard Almeyda, Mahir Əmrəli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov (Neftçi), Eddi İsrafilov ("Albasete”, İspaniya), Cavid Hüseynov (Zirə), Rəşad Eyubov (Sabah); hücumçular - Ramil Şeydayev ("Dinamo", Moskva/Rusiya), Rüfət Dadaşov ("Proyssen”, Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov (Səbail).
Qeyd edək ki, oktyabrın 6-da bir araya gələcək millimiz Bakıda iki gün hazırlıq keçəndən sonra Bəhreynə yollanacaq. Oktyabrın 9-da bu ökənin yığması ilə yoldaşlıq matçı keçirəcək komanda 13-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstanla qarşılaşacaq.