
Yığma
611
4.10.2019, 09:39
Alesio ÇL üçün 12 futzalçı sifariş etdi
Çempionlar Liqasında iştirak edəcək “Araz” sifariş vərəqini UEFA-ya göndərib. Son illərin dəyişməz çempionu 12 futzalçı ilə mübarizə aparacaq: qapıçılar - 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov; oyunçular - 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye.
Qeyd edək ki, Joze Alesio Da Silvanın komandası oktyabrın 9-u, 10-u və 12-də Belçikada meydana çıxacaq. “Araz” uyğun ardıcıllıqla yerli “Halle-Gooik”, Portuqaliyanın “Benfika” və Ukraynanın “Xerson” klubları ilə münasibətləri aydınlaşdıracaq. Qrupda ilk 3 yeri tutan komandalar elit-raunda vəsiqə qazanacaq.