Birinci divizionda 6-cı tura oktyabrın 1-də start verilib. Turun açılış oyununda "Qarabağ" və "Neftçi"nin əvəzedici komandaları üz-üzə gəlib. "Kiçik derbi"də darmadağın qeydə alınıb. Ağdamlılar paytaxt təmsilçisini 3 cavabsız qolla yenib ki, Musa Qurbanlı sabiq komandası ilə görüşdə dubla imza atıb. Beləliklə, Qurban Qurbanovun oğlu qollarının sayını 6-ya çatdıraraq bombardirlərin yarışında liderliyini möhkəmləndirib.
Birinci divizion
1-ci dövrə, 6-cı tur
1 oktyabr
Qarabağ-2 - Neftçi-2 3:0
Musa Qurbanlı, 50; 75. Zaur Fərzəliyev, 60.
Tur çərçivəsində bu gün 3 oyun keçiriləcək. Qeyd edək ki, tura sabah yekun vurulacaq:
3 oktyabr
Keşlə-2 – Turan Tovuz
Hakimlər: FƏRİD HACIYEV, Elmin Süleymanov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şüvəlan. AZAL Arena. Saat 15.30
Ağsu – MOİK
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Ağsu. Şəhər stadionu. Saat 15.30
Sabah-2 – Kəpəz
Hakimlər: ELÇİN MƏSİYEV, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə. Qəsəbə stadionu. Saat 15.30
1. Turan Tovuz 5 5 0 0 14-5 15
2. Sabah-2 5 4 0 1 8-5 12
3. Səbail-2 5 3 1 1 9-6 10
4. Qarabağ-2 5 3 0 2 15-7 9
5. Sumqayıt-2 5 2 2 1 5-4 8
6. Neftçi-2 6 2 1 3 8-7 7
7. Kəpəz 5 1 3 1 6-7 6
8. MOİK 4 1 2 1 5-7 5
9. Zaqatala 4 1 1 2 3-4 4
10. Ağsu 5 1 1 3 5-9 4
11. Zirə-2 4 1 0 3 6-13 3
12. Keşlə-2 4 0 2 2 5-8 2
13. Qaradağ Lökbatan 5 0 1 4 4-11 1
Bombardirlər: Musa Qurbanlı (Qarabağ-2) - 6, İlkin Sadıqov, Murad Hüseynov (Turan Tovuz), Tural Qürbətov (MOİK), Tapdıq Əhmədov (Zirə-2), Bahadur Həziyev (Səbail-2), Əlibəy Məmmədli (Neftçi-2), İbrahim Əliyev (Sumqayıt-2) - 3.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 2-ci turda "Sumqayıt-2"yə texniki məğlubiyyət (0:3) verilib.