
"Qarabağ"ın baş meneceri yenidən seçildi
Dünən "Qarabağ"ın rəhbərliyi ilə Lüksemburqdakı Qarabağ Azərbaycan Mədəniyyət Assosiasiyası arasında işgüzar görüş keçirilib. Görüşdə assosiasiya üzvlərinin "F91 Düdelanj"la keçiriləcək oyunda "Qarabağ"a stadiondan dəstək olacaqları bildirilib.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov isə növbəti dəfə Avropa Klublar Birliyinin (ECA) işçi qrupunun üzvü seçilib. Yeni işçi qrupunda 20 nəfər təmsil olunub. Başa çatan 2017-19-cu il mərhələsi üçün işçi qrupunda 40 nəfər yer alıb. Həmin işçi qrupunun səlahiyyət müddəti bitdiyinə görə 2019-cu ildə 4 il üçün seçki yolu ilə yeni işçi qrupunun yeni tərkibi müəyyənləşib. Qrup üzvlərinin sayının azaldılmasında məqsəd keyfiyyəti yüksəltməkdi. Köhnə tərkibdən cəmi 3 klub təmsil olunub ki, onlardan biri də "Qarabağ"dı. Əsgərov Avropa Klublar Birliyinin daimi və assosiativ üzvü olan 500-dən çox klub nümayəndəsi arasından seçilib.