Həftəsonu futzal üzrə birinci liqada 3-cü turun görüşləri keçirilib. "Olimpik Star"da baş tutan turun ilk oyun günündə ilk qələbəni “Forza Neftçi” qazanıb. “Ulduz” da günü 3 xalla qapayıb. Ən məhsuldar nəticəni isə ADBTİA hesabına yazdırıb. "Tələbələr" "Veqa"nın qapısından 13 cavabsız top keçirib. Günün maraqlı oyunu “Xızı Yasamal” və “Baku Fans” komandaları arasında baş tutub. Hesabda öndə olan Yasamal futzalçıları üstünlüyünü sona qədər qoruya bilməsə də, meydanı xalsız tərk etməyib. Heç-heçə komandaya cari birincilikdə ilk xalını qazandırıb. Günün son oyununda “Star karqo” böyükhesablı qələbəyə sevinib.
Tura şənbə günü yekun vurulub. Günün ilk oyununda “Harmony Hotel” qələbə qazanıb. “Red Line” isə “tələbələr”i çətinliklə yenib. “Çinar Cəbrayıl” mövsümdə ilk qələbəsinə sevinib. “Rayyan” MFK – “Qarabağ-Füzuli” dueli isə dramatik alınıb. Belə ki, ardıcıl qollar vuran “Qarabağ-Füzuli” fasiləyə qədər 4:0-lıq üstünlüyünü qoruya bilməyib. İkinci hissə də gərgin keçib. Nominal qonaqlar avtoqola sevinsə də, bu 1 dəqiqə çətib. “Rayyan” MFK dərhal hesaba tarazlıq gətirib. Sonrakı qolları da bu komanda vurub. Beləliklə, məğlub olduğu oyunun axarını dəyişən “Rayyan” MFK da mövsümdə qələbə “siftəsi” edib. “Standard” isə startda məğlub duruma düşsə də, böyükhesablı qələbə sayəsində zirvədəki mövqeyini qoruyub.
Forza Neftçi – U-19 3:0
Zirvə Bakı – Ulduz 4:6
Veqa – ADBTİA 0:13
Xızı Yasamal – Baku Fans 4:4
Star karqo - Baku Fire-2 7:3
Harmony Hotel – Metropoliten 5:3
AZMİU – Red Line 2:3
Yasamal İSK-2 – Çinar Cəbrayıl 3:4
Rayyan MFK – Qarabağ-Füzuli 9:5
Standard – Zəngilan 13:3
1. Standard 3 3 0 0 32-5 9
2. Forza Neftçi 3 3 0 0 20-4 9
3. Harmony Hotel 3 3 0 0 13-3 9
4. Baku Fans 3 2 1 0 21-13 7
5. ADBTİA 3 2 1 0 24-7 7
6. U-19 3 2 0 1 17-5 6
7. Star Karqo 3 2 0 1 11-9 6
8. Ulduz 3 2 0 1 9-7 6
9. Red Line 3 2 0 1 7-8 6
10. Rayyan MFK 3 1 1 1 17-15 4
11. AZMİU 3 1 0 2 7-6 3
12. Yasamal İSK-2 3 1 0 2 6-7 3
13. Qarabağ-Füzuli 3 1 0 2 14-18 3
14. Zəngilan 3 1 0 2 17-22 3
15. Metropoliten 3 1 0 2 6-14 3
16. Çinar Cəbrayıl 3 1 0 2 6-22 3
17. Xızı Yasamal 3 0 1 2 8-14 1
18. Baku Fire-2 3 0 0 3 4-13 0
19. Zirvə Bakı 3 0 0 3 13-24 0
20. Veqa 3 0 0 3 2-38 0