23. Sabah (Bakı) – Səbail 3:0 (0:0)
1. Saşa Stamenkoviç – 5,5
19. Təmkin Xəlilzadə - 5,5
15. Ruslan Abışov (k) – 5,5
4. Bəhlul Mustafazadə - 5,5
17. Məhəmməd Mirzəbəyov – 5,5
7. Coşqun Diniyev – 6,0
26. Ozancan Kökcü – 5,5
(11. Şakir Seyidov, 88) – qiymətsiz
10. Cavid İmamverdiyev – 5,5
27. Hendrik Ekşteyn – 5,5
23. Amadu Diallo – 5,0
(77. Cavid Tağıyev, 90+4) – qiymətsiz
21. Rocer Roxas – 4,5
(9. Ulise Diallo, 70) – 5,0
Ehtiyat oyunçular
71. Dmitri Bezruk
5. Kərim Diniyev
22. Məqsəd İsayev
6. Vadim Abdullayev
99. Abbas Ağazadə
Baş məşqçi: Rövşən Babayev
Komandanın ən yaxşısı: Coşqun Diniyev

85. Kamal Bayramov - 4,0
13. Şəhriyar Rəhimov – 4,0
32. Elvin Yunuszadə - 4,0
55. Adil Nağıyev – 4,0
3. Turan Manafov – 4,0
(77. Ədilxan Qarəhmədov, 82) – qiymətsiz
34. Urfan Abbasov – 4,0
(6. Maykl Essyen, 87) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 4,0
8. Yevgeni Koçuk – 4,5
10. Ağabala Ramazanov – 4,0
9. Mirsahib Abbasov – 4,0
(18. Aqşin Qurbanlı, 76) – qitmətsiz
22. Mirabdulla Abbasov – 4,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
88. Orxan Qurbanlı
4. Eltun Yaqublu
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
5. Vüqar Bəybalayev
19. Ruslan Hacıyev
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Yevgeni Koçuk
Qollar: C.Diniyev, 78 (1:0). C.İmamverdiyev, 83 (2:0, O.Kökcü).Ş Seyidov, 90+6 (3:0, U.Diallo).
Vərəqlələr: A.Diallo, 15 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
29 sentyabr. Masazır. Bank Respublika Arena. 300 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Nəhayət, “Sabah” mövsümdə ilk qələbəsini qazandı. Bunun üçün isə “tələbələr” nə az, nə çox - düz 6 tur gözləməli oldu. Srağagün “Bank Respublika Arena”ya toplaşan azsaylı azarkeşlər çox maraqlı və baxımlı oyuna şahidlik etdilər. İlk dəqiqələrdən komandalar kəşfiyyata ehtiyac duymadan açıq oyuna üstünlük verdilər. Meydan sahiblərinin uğursuzluğa son qoyması üçün irəli atılacağı gözlənilən idisə, “dənizçilər”in rəqibin təklif etdiyi sürətli futbola eyni qaydada cavab verməsi bir qədər gözlənilməz oldu desək, yanılmarıq. Adətən qonaq komandanı daha çox “ikinci skripka” kimi görməyə adət etmişik. Ancaq Aftandil Hacıyevin komandası heç nədən çəkinmədən hücuma hücumla cavab verirdi. Matçda ilk təhlükə “dənizçilər”in qapısı önündə yaşandı. Ötən tur meydana çıxmayan Ekşteyn 4-cü dəqiqədə Kökcü ilə “divar paslaşması”ndan sonra təxminən 20 metrdən “çərçivə”ni nişan alsa da, Bayramov yerində idi. Qonaqların cavabı özünü çox gözlətmədi və daha təhlükəli alındı. Mirsahib ara ötürməsi ilə qardaşı Mirabdullanı Stamenkoviçlə üzbəüz çıxardı. Forvard qapıçını da keçsə də, topu özündə saxlaya bilmədiyindən zərbə anını qaçırdı. Komandaların bir-birini əvəz edən hücumları azarkeşlərin ürəyincə olsa da, toru silkələmək mümkün olmurdu. 38-ci dəqiqədə Amadu uzaqdan Kamalı məyus etmək fikrinə düşsə də, qolkiper inamlı oynayaraq meydan sahiblərinin qol sevinci yaşamasına imkan vermədi.
Fasilədən sonra komandalar tempi aşağı salmadılar. Ancaq birinci 45-dəqiqədə inamlı təsir bağışlayan “dənizçilər”in qolkiperi sanki konsentrasiyanı itirmişdi. Artıq 54-cü dəqiqədə Kamal çıxışda səhvə yol verərək Kökcüyə “hədiyyə” etdi. Qapının boş qaldığını görən yarımmüdafiəçi uzaqdan zərbə ilə toru silkələməyə çalısa da, Bayramov vaxtında “post”una qayıdaraq səhvini “sığortalaya” bildi. Ancaq onun 78-ci dəqiqədəki ötürmə səhvi qonaqlara baha başa gəldi. Qolkiper əli ilə topu meydanın mərkəzinə ataraq komanda yoldaşına ötürmə etmək istədi. Lakin “mərmi” Coşqunun ayağına düşdü. Dayaq yarımmüdafiəçisi bir qədər irəliləyib təxminən 22 metrdən uzaq küncü dəqiq nişan aldı. “Çərçivə qoruyucusu” həmin an ancaq seyrçi mövqeyində oldu. Sona 12 dəqiqə qalmış qapısında qol görən qonaqlar toparlana bilmədilər. 5 dəqiqə sonra İmamverdiyevin kornerdən asmanı başla dəqiq qapayıb fərqi artırması isə “Səbail”in futbolçularını lap həvəsdən saldı ki, 6-cı uzatma dəqiqəsində meydana sonradan çıxan Seyidovun 3-cü qolu nöqtə qoymaqdan başqa bir şey deyildi.
RƏŞAD

Gözdən qaçmadı
* İqor Ponomaryovun məşqçi lisenziyasının vaxtı bitdiyindən protokolda baş məşqçi kimi Rövşən Babayevin adı qeyd olunmuşdu. Bu üzdən mətbuat konfransında da Rövşən bəy iştirak etdi.
* Oyunu izləyənlər arasında yeni yaranmış AFFA Həmkarlar Təşkilatının sədri Nazim Süleymanov, İdarə Heyətinin üzvü Naib Abdulla da var idi.
* "Sabah"ın “sükanı arxasına” keçəcəyi gözlənilən Yuri Vernidub da bazar günü “Bank Respublika Arena”da idi. Ukraynalı mütəxəssis qarşılaşmanı agent Səbuhi Səfiyarlı ilə birgə izləyirdi.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər