AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 13-də, saat 20.00-da “Ferentsvaroş” stadionunda millimizlə qarşılaşacaq Macarıstannın heyəti açıqlanıb. Baş məşqçi Marko Rossi düşərgəyə 26 futbolçu çağırıb: qapıçılar - Deneş Dibuş (Ferentsvaroş), Peter Qulaşi (“Leyptsiq”, Almaniya), Adam Kovaşik (Videoton); müdafiəçilər - Botond Barat (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Kiyev/Ukrayna), Mihal Korhut (“Aris”, Yunanıstan), Adam Lanq ("Omoniya", Cənubi Kipr), Gergo Lovrençiç (Ferentsvaroş), Kiristian Tamaş (Zalaeqerseq), Villi Orban (“Leyptsiq”, Almaniya); yarımmüdafiəçilər - David Holman (“Slovan”, Slovakiya), Laslo Klaynhayzler (“Osiyek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkai (hər ikisi “Videoton”), Adam Naqi (“Bristol Siti”, İngiltərə), David Siger (Ferentsvaroş), Dominik Şoboşlay (“Zaltsburq”, Avstriya); hücumçular - Balaş Cucak (“Əl-İttihad”, BƏƏ), Robert Feçesin (Uypeşt), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Naqi (“Legiya, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Roland Şallayi (“Frayburq”, Almaniya), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Roland Varqa (Ferentsvaroş).
Yeri gəlmişkən, Marko Rossi milli komandamıza və Xorvatiyaya qarşı keçirəcəkləri oyunlar haqda fikirlərini bildirib. İtaliyalı mütəxəssis yığmamıza qalib gəlməli olduqlarını deyib: "Qarşıda iki çətin oyunumuz olacaq. Qrupdan çıxmaq şansımız var. Azərbaycanla oyunda mütləq qalib gəlməliyik. Xorvatiyaya qarşı isə sürpriz etməyə çalışacağıq. Özümüzün və onların kim olduğunu bilirik".
Qeyd edək ki, Macarıstan oktyabrın 10-da Xorvatiya, 13-də isə millimizlə qarşılaşacaq.