Avroliqanın qrup mərhələsinin 2-ci turunun oktyabrın 3-ü, saat 23.00-da başlayacaq “F91 Düdelanj” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb. Qarşılaşmanı Şotlandiyadan Con Biton idarə edəcək, onun yardımçıları Daniel Makfarlan və Duqlas Potter, 4-cü hakim isə Donald Robertson olacaq. Norveçli Con Eilif Skyervold hakim-inspektor, avstriyalı Mihael Zoratti isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Biton bizə tanış hakimdi. 38 yaşlı şotlandiyalı PAOK-la səfər oyununda iş başında olub. 2016-cı il noyabrın 3-də Salonikidə keçirilən görüşdə ağdamlılar 1:0 hesabıyla qalib gəlmişdilər. Biton 4 futbolçuya sarı vərəqə göstərib ki, əsas kapitan Rəşad Sadıqovun yoxluğunda sarğını daşıyan Maksim Medvedevi cəzalandırıb.
Şotland referi daha iki dəfə yığmalarımızın matçlarını idarə edib. Sonuncusu elə bu yay olub. Belə ki, əsas yığmanın “Bakcell Arena”da Slovakiyaya 1:5 hesablı məğlubiyyətini məhz bu hakim qeydə alıb. Bitonun ilk dəfə bizimlə yolu U-19 millimizin AЗ-2014-ün ilkin seçmə mərhələsində kəsişib. Bu, 2014-cü il noyabrın 10-15-i aralığında keçirilən qrup oyunlarıdı ki, şotlandiyalı Macarıstanla 1:1 hesabı ilə bitən görüşün baş hakimi olub.