Sizin reklam burada

“Neftçi”nin çöküşü davam edir

Baxış Sayı:867


19. Neftçi (Bakı) – Keşlə 0:0
1. Səlahət Ağayev – 5,0
77. Vild-Donald Gerye – 4,5
6. Voislav Stankoviç – 5,0
5. Anton Krivotsyuk – 4,5
18. Tural Axundov – 4,5
93. Soni Mustivar – 5,0
36. Mamadu Kane – 5,5
28. Stiven Jozef-Monroz – 5,0
8. Emin Mahmudov (k) – 5,0
(7. Namiq Ələsgərov, 88) – qiymətsiz
10. Dario Frederiko – 4,0
(26. Ömər Buludov, 38) – 5,0
19. Rauf Əliyev – 4,5
(9. Baqali Dabo, 72) – 4,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
30. Aqil Məmmədov
3. Mamadu Mboc
11. Vangelos Platellas
17. Rəhman Hacıyev
25. Kiril Petrov
33. Turan Vəlizadə
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Mamadu Kane

1. Stanislav Namaşko – 5,5
4. Slavik Alxasov (k) – 5,5
21. Miyusko Boyoviç – 5,5
5. Franko Flores – 5,5
2. İlkin Qırtımov – 5,0
(3. Cabir Əmirli, 90+2) – qiymətsiz
25. Con Kamara – 6,0
7. Tural Bayramlı – 5,0
17. Vüsal İsgəndərli – 5,5
(22. Əfran İsmayılov, 78) – qiymətsiz
10. Sezar Meza Kolli – 5,5
11. Ruslan Qurbanov – 5,0
(14. Emin Mehtiyev, 88) – qiymətsiz
9. Lorenzo Frutos – 5,0
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
6. Rəşad Sadiqov
16. Şahin Zəkiyev
18. Ruslan Əmircanov
19. Azər Salahlı
33. Tərlan Quliyev
66. Murad Qayalı
90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Con Kamara
Vərəqələr: S.M.Kolli, 14 (qeyri-idman hərəkəti). V-D.Gerye, 19 (qeyri-idman hərəkəti). S.Alxasov, 41 (hakimin qərarına etiraz). C.Kamara, 66 (qeyri-idman hərəkəti). F.Flores, 82 (qeyri-idman hərəkəti). M.Kane, 83 (sistematik qayda pozuntusu). E.Mahmudov, 88 (qeyri-idman hərəkəti) - sarı. V-D.Gerye, 35 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
22 sentyabr. Bakı. Bakcell Arena. 1000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Budəfəki paytaxt derbisi hər iki komanda üçün ciddi önəm daşıyırdı. Ötən turda liderlərə məğlub olan komandalar həmin xal itkilərini “sığortalamağa” köklənmişdi. Ancaq “Neftçi”ni yalnız qələbə qane edəcəkdisə, “Keşlə” üçün səfərdə əldə olunacaq 1 xal da sərfəli idi. Matçın 35-ci dəqiqəsindən sonra qonaqlar artıq buna daha cani-dildən inanmağa başladılar…
Halbuki “Neftçi” 3-cü dəqiqədə hesabı aça bilərdi. Çoxgedişli konbinasiyadan sonra əvvəlcə Mustivar əlverişli mövqedən sonra Namaşkonu məyus edə bilmədi. Epizodun davamında isə Rauf Turalın asmasını başla “çərçivə”dən aralı vurdu. 10-cu dəqiqədə Dario, bir qədər sonra Rauf uzaqdan zərbələrlə moldovalı qolkiperi sınağa çəksələr də, Namaşko hər ikisində keçilməz oldu. “Neftçi”nin təzyiqinin artdığı bir vaxtda ikinci xəbərdarlıqdan sonra “qırmızı” alan Gerye meydan sahiblərinə şok yaşatdı. Haitili Turalın ötürməsinə meyillənən Vüsalın formasından çəkərək onun hərəkətinə mane oldu. Halbuki bu epizodda “Keşlə”nin oyunçusu ofsaydda idi və çox güman, yan xətt hakimi bayrağını qaldıracaqdı. Azlıqda qaldıqdan sonra ehtiyatlı oynamağa başlayan “Neftçi” müdafiənin qayğısına qalsa da, “Keşlə”nin tam qüvvə ilə irəli atılmaq niyyəti yox idi.
Maraqlıdı ki, Bordinin komandası ikinci hissədə daha fəal tərəf idi. 54-cü dəqiqədə isə meydan sahibləri hətta hesabda önə çıxmağa yaxın oldu. Jozef-Monrozun cinah ötürməsindən sonra Kane sağdan cərimə meydançasına daxil olub topu bir qədər geriyə - mərkəzdən hücuma dəstək verən Eminə ünvanladı. Kapitanın qapıya göndərdiyi topun qarşısını isə …öz oyunçusu, Rauf kəsdi və beləliklə, real qol şansı əldən verildi. Ara-sıra rəqibini həyəcanlandıran “Keşlə” 58-ci dəqiqədə təhlükəli həmlə ilə yadda qaldı. Meza Kollinin uzaqdan zərbəsinə Səlahət barmaqlarının ucu ilə toxunaraq, topu kornerə göndərdi. 69-cu dəqiqədə künc zərbəsindən sonra “Neftçi”nin qapısı önündə qarışıqlıq yarandı. Ömər topu Floresin önünə qaytarsa da, “hədiyyə”ni gözləməyən müdafiəçi fürsəti boşa verdi. Son dəqiqələrdə isə qapılar qarşısında elə də təhlükəli vəziyyət yaşanmadı. Daha doğrusu, Tərlan Əhmədov son 12-15 dəqiqəyə saxladığı əvəzetmələr hesabına tempi istədiyi məcraya yönəltdi. Beləliklə, “Neftçi” 2 xal itirərək çempionluq iddiasından bir qədər də uzaq düşdü.
MİRAĞA

Gözdən qaçmadı
* 34-cü dəqiqədə Vild-Donald Gerye ikinci xəbərdarlıqdan sonra meydandan qovulan kimi Ömər Buludov dərhal ayağa qalxıb xidmətini baş məşqçi Roberto Bordinə təklif etdi. Maraqlıdı ki, italiyalı mütəxəssis məhz onu Dario Federikonun əvəzinə meydana buraxdı. Braziliyalı hücumçu isə ehtiyat oyunçular skamiyasına gələrək əvəzlənməsinə görə italiyalı mütəxəssisə sərt şəkildə etiraz etdi və tərəflər arasında mübahisə yaşandı. Köməkçi məşqçilərin müdaxiləsindən sonra ara sakitləşdi.
* Say azlığından sonra bir neçə dəqiqə müdafiədən oynamağa məcbur olan “Neftçi”nin geri çəkilməsi ağ-qaralı tərəfdarların xoşuna gəlmədi. Matçın sonlarına yaxın isə fanatlar baş məşqçi Roberto Bordini və rəhbərliyi istefaya səsləyən şüarlar səsləndirdilər.
* “Keşlə”nin yarımmüdafiəçisi Vüsal İsgəndərli əvəzlənərkən acığını su qabından çıxdı, onu təpiklədi. Bu isə düz baş məşqçi Tərlan Əhmədovun gözü qarşısında baş verdi. Maraqlıdı ki, mütəxəssis onun davranışına reaksiya vermədi.
* Oyundan sonra Roberto Bordin adəti üzrə hakimin üzərinə yeridi, ədalət təmsilçilərinə sərt şəkildə etirazını bildirdi. İnqilab Məmmədov isə dərhal ona sarı vərəqə göstərdi.

Reaksiyalar
Tərlan Əhmədov: “Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm. Məğlub da ola bilərdik. Ədalətli nəticədi. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən də orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdı. Bir xal qazanılıbsa, deməli, belə olmalıydı. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiq var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlı çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də qalib gələcəkdik. Ehtiyatda ikinci heyət olmalıdı. Bu, yaralı yerimizdi. Ən yaxşı oyunçularımız Əfran və Cabirdi. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra bizə daha çox köməyi dəyəcək”.
Roberto Bordin: “Qırmızı vərəqəyə kimi yaxşı oynayırdıq. Buna qədər qorxu da var idi. Tam güclə irəli atıla bilmirdik. Qəribədi ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumza təsir edir. Hər dəfə neqativ nəsə baş verməlidi ki, komandam ayılsın. Komandanın qazandığı hər yaxşı və pis nəticəyə görə məsuliyyəti mən daşıyıram. İstefaya səsləmək normaldı, azarkeşlərin buna haqqı var. Ancaq təhqiramiz sözləri mən qəbul etmirəm. Təhqirləri ciddiyə almıram. Biz azlıqda qalmamış epizodları qola çevirməliydik. 10 nəfərlə müdafiə olunanda daha çox enerji itirirsən və tam güclə hücum etmək olmur. Ancaq 10 nəfərlə qalmağımıza baxmayaraq, daha çox qol epizodu yaratdıq. Deməzdim ki, hansısa oyunçu səviyyəsindən aşağı çıxış edir. Komanda şəklində psixoloji təzyiq altında olduğumuz üçün istədiyimiz oyunu göstərə bilmirik. Təbii ki, təzyiq nəticələrə görədi. Başqa səbəb yoxdu. Turnir cədvəlində yaxşı yerdə qərarlaşmamışıq. Bu da futbolçuların üzərində təzyiq yaradır. Onu da qeyd etmək lazımdı ki, “Keşlə” də yaxşı oyun göstərdi. Matçdan sonra hakimə yaxınlaşmağıma gəlincə, onun fikrini öyrəndim ki, niyə oyunu tez bitirdilər. Demək olar ki, top cərimə meydançasına çatar-çatmaz görüşü bitirəcəkdi. Hətta ötürmə ilə başlasaydıq da, qarşılaşmanı sona çatdıracaqdı. Bu barədə onların fikrini öyrənirdim. Ona sual verdim, mənə sarı vərəqə göstərdi. Jozef-Monroz gözəl oyun nümayiş etdirdi. Hətta 10 nəfərlə qaldıqdan sonra daha artıq qaçır, müdafiəyə də kömək edirdi. Platellasa gəlincə, ona heç nə olmayıb. Oynamaması texniki seçim idi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR