Sizin reklam burada

“Biriniz mənə anladın görüm, Miçel nə etməlidi ki, komandadan çıxarılsın?”

Baxış Sayı:94 080

“Biriniz mənə anladın görüm, Miçel nə etməlidi ki, komandadan çıxarılsın?”
“Qarabağ” oynadığı günlərdə “feysbuk”da futbolla bağlı statuslar aşıb-daşır. Dünən axşam da belə idi. Hər kəs ağdamlıların gözlənilən məğlubiyyəti haqda nəsə deməyə çalışırdı.
Erkin İbrahimov: “Primeranın liderinə uduzmaq belə narazılıq yaradır. Futbol adlı qalaktikada “Qarabağ” ilə “Sevilya” fərqli planetləri təmsil edir. Azərbaycan klubu bir hissə bu tempə tab gətirə bildisə, min sükür!
Biriniz mənə anladın görüm, Miçel nə etməlidi ki komandadan çıxarılsın? Meydanda hamı ilə dalaşır, hamıya yol göstərir və hamıdan da zəif oynayır. Hər mövsümün sonunda da yeni müqaviləyə qol çəkir. O qədər boş “opornik” varkən Qurban Qurbanovun bu Miçel sevgisini heç anlamadım.
Hə bir də Mahir Əmrəli olsaydı... Heç nə dəyişməyəcəkdi”.
Rəşad Ergün: “Təbii ki, məsələ "Sevilya"ya uduzmaq deyil, "Sevilya"ya necə uduzmaqdı. Oyun ərzində axmaq səhvlər edən Miceli, rəqibin qapısı qarsisinda həyəcanlanıb ozu ozunə qarsı driblinq etmək istəyən Araz Abdullayevi, qapıçıyla təkbətək çıxmaq imkanını bosa verib, topu göyə uçuran Abbas Huseynovu istədiyiniz qədər tənqid edin, haqsiz deyilsiz. Amma Qurban Qurbanov da nəhayət, "Qarabağ"ın oyununa bir şeylər əlavə etməlidi. Sən APOEL-ə qarşı oyunu "Sevilya" ilə qarşılaşmada göstərə bilməzsən. Bu oyunda xalı ancaq sürətli əks-hücumlar qazandıra bilərdi. Və sənin sürətli iki cinah oyunçun var - Zubir, Xayme. Geyeni meydana buraxmaq başdan səhv idi. Qaça, hərəkət edə bilmir də. Uzaqbaşı standart vəziyyətlərdə nəsə xeyirli ola bilər ki, standart vəziyyətlər də barmaqla sayılacaq qədər idi. Belə... "Qarabaq"in "Sevilya"ni udmasi möcuzə, heç-heçə etməsi sensasiya olardı, olmadı. Avroliqada mubarizə hələ indi başlayır. Amma Qurban Qurbanov və komandası "Sevilya" ilə oyundan dərs cıxarmalıdı. Nəticədən yox, oyundan, oyunun özündən”.
Sənan Abdullayev: “Kimsə "Sevilya"dakılara desin ki, bizim oynadığımız premyer-liqa onların bildiyi premyer-liqa deyil. Nolub ala, bir az yavaş da”.
Ceyhun Rzayev: “Realist olmaq lazımdı. "Sevilya" bəy balasıdı, "Qarabağ" fağır rəiyyət balası. Ən yaxşı halda 1 xala ümid edirdik. Niyə alınmadı? Rəqibin ustalığı bizdən 5-6 baş üstündü. Guya "Qarabağ"ın futbolçuları daxili çempionatda səhv eləmirlər? Bundan da artıq eləyirlər. Fərq ondadı ki, Azərbaycanda 10 səhvdən biri qol olur, Avropada 10 səhvdən 7-8-i. Səviyyə fərqlidi. Azərbaycan çempionatıyla avrokuboklar arasnda yerlə-göy, ciplə-zapı qədər fərq var. APOEL və "Düdelanj"la matçlara hazırlaşmaq lazımdı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR