AFFA-nın Apellyasiya Arbitraj Tribunalı premyer-liqanın 3-cü turu çərçivəsində keçirilən “Neftçi – “Sumqayıt” matçıyla bağlı İntizam Komitəsinin qərarını müzakirə edib. Assosiasiyanın saytında yer alan xəbərə görə, qurum dünən “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyevlə bağlı qərarı dəyişib: “Neftçi” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. 1 sentyabr 2019-cu il tarixində, 2019/20 mövsümündə, 28-ci premier-liqanın 3-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyevin rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 manatdan 8000 manata endirilsin”.