
Yalnız sonuncu oyunda "sülh" oldu
Futzal üzrə birinci liqada 2019/20 mövsümünə start verilib. Bakı İdman Sarayında keçirilən ilk matçdan öncə dövlət himni səsləndirilib. Yeni mövsümdə ilk qolu “Yasamal İSK-2"nin üzvü Elşən Veyisov vurub, qələbəni də Yasamal komandası qazanıb. “Forza Neftçi”, “Baku Fans”, “Zəngilan” və “Harmony Hotel” də yarışa 3 xalla başlayıb.
Turun ikinci oyun günündə də 5 matç baş tutub. Günün ilk qələbəsini debütant “Red Line” hesabına yazdırıb. 2002-2003-cü il təvəllüdlü futzalçılardan qurulan U-19 isə əzmkar qələbə ilə yadda qalıb. Oyunun gedişində məğlub duruma düşən yığma ardıcıl 3 qol vurub. “Standard” böyükhesablı qələbə ilə digər rəqiblərindən fərqlənib. AZMİU da mövsümə 3 xalla başlayıb. Amma oyunun son dəqiqəsində komandalar hərəyə 2 qırmızı vərəqə alıb. Turun son matçı isə dramatikliyi ilə yadda qalıb. Oyun ərzində hesabda üstün olan ADBTİA finişə 1 saniyə qalmış qapısından top buraxaraq heç-heçəyə razılaşıb.
Turun nəticələrini nəzərinizə çatdırırıq:
Yasamal İSK-2 - Baku Fire-2 3:1
Forza Neftçi - Çinar Cəbrayıl 9:1
Zirvə Bakı - Baku Fans 5:11
Veqa - Zəngilan 1:11
Harmony Hotel - Star karqo 5:0
Ulduz - Red Line 2:3
Xızı Yasamal - U-19 1:3
Standard - Metropoliten 9:1
AZMİU - Qarabağ-Füzuli 5:2
Rayyan – ADBTİA 4:4