• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elşad Əhmədov istefa verib, müşavir oldu

Foto

17-09-2019, 10:0


“Oynamırlarsa, deməli, yaxşı işləməmişəm, fiziki hazırlıq aşağıdısa, yenə mənəm cavabdeh...”
Yay transfer bazarının ən fəallarından, bəlkə də ən fəalı olan “Sabah”ın çempionatda fırtına qoparacağına ümid edənlər gümanında yanıldı. Yetərincə yaxşı heyətə malik “tələbələr” ilk 4 oyunda cəmi 2 xal toplayıb ki, bu da 8 komanda arasında ən zəif göstəricidi.
Xüsusən mövsümün ən zəifi gözündə görülən “Qəbələ”yə doğma azarkeşləri önündəki məğlubiyyət komandaya azarkeşlik edənlərin səbr kasasını daşırdı. Gözləmək olardı ki, oyunsonrası mətbuat konfransında baş məşqçi Elşad Əhmədov istefa qərarını açıqlayacaq. Lakin o bunu etmədi, rəhbərliklə görüşü işarə verdi. Dünən isə…
Klub saytının yaydığı xəbərdə Elşad Əhmədovun baş məşqçi postundan ayrıldığı bildirildi. Lakin o, klubdakı fəaliyyətini davam etdirəcək. Xəbərdə deyilir: “Sabah” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib. Əsas komandamızın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm premyer-iqada debüt edən “Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq. “Sabah” Futbol Klubu bizi dəstəkləyən bütün azarkeşlərə, sponsorlara təşəkkür edir. Hesab edirik ki, “Sabah” daha uğurlu çıxış etmək və nəticələrini yaxşılaşdırmaq üçün yaxşı potensiala malikdi”.
Qərarın baş məşqçi, yoxsa klub rəhbərliyi tərəfindən verildiyini, eləcə də komandanın qələbəyə həsrət qalmasının səbəbini öyrənmək üçün səbəbkarla danışmaq yerinə düşərdi. Həmişə mətbuata açıq olması ilə seçilən Əhmədov bu dəaə də səmimiliyini nümayiş etdirdi: “Düzünü desəm, oyundan dərhal sonra istefa vermək istəyirdim. Lakin klub rəhbərliyi ilə danışmadan bunu etmədim. Hər halda, yazılmamış etik qaydalar var, onlara əməl etməliyik. Bu gün rəhbərliklə görüşən kimi getmək istədiyimi diqqətə çatdırdım, sağ olsunlar, anlayışla qarşıladılar. Nəyisə dəyişməsən, iş düz getməz. Klub rəhbərliyinin gördüyü işlər, çəkilən əziyyət göz qabağındadı. 4 oyuna 2 xal toplayıb sonuncu pillədə qərarlaşmaq mənim üçün çox ayıbdı. Problemləri kimdəsə axtarmaqdansa, birinci mən getsəm, yaxşıydı. Günahı özümdə görürəm. Futbolçuda nə günah görə bilərəm axı? Oynamırlarsa, deməli, yaxşı işləməmişəm, fiziki hazırlıq aşağıdısa, yenə mənəm cavabdeh, qapıya düzgün zərbə vura bilmirlərsə, yaxşı işləməmişəm. Ona görə də günah sahibi özüməm. Heç bir pərdəarxası olaydan söhbət gedə bilməz. Bunu heç ağlımın ucundan da keçirmirəm. Köməkçilərin komandadakı işini davam etdirəcək. Yalnız Səttar Əliyev getmək istədiyini bildirdi və onunla yollar ayrıldı. O ki qaldı müşavir postunda, komandanın qurulmasında, formalaşmasında az da olsa, zəhmətimiz olub. Maqsud müəllim sağ olsun (“Sabah”ın prezidenti Maqsud Adıgözəlov - H.), əziyyətimi yerə vurmadı, yanında olmasını təklif etdi. Kaş bütün klublarda Maqsud müəllim kimi insanlar işləsin. Müşavir postunu tutsam da, hansısa qərarlar zamanı fikrim dinləniləcək. Müşavir o demək deyil ki, bütün gün ofisdə oturub, bayıra çıxmayacam. Ətraflı danışandan sonra konkret hansı işlər görəcəyim dəqiqləşəcək. Yeni baş məşqçinin təyinatı zamanı yəqin ki, mənim fikrim də əsas tutulacaq”.
Məlum qərardan sonra cavabsız qalan sual yeni baş məşqçinin kimliyi və milliyyətidi. “Sabah”ın siyasətini, yəni daha çox yerli məşqçi və futbolçulara etimad göstərdiyini nəzərə alsaq, vakant qalmış posta azərbaycanlı mütəxəssisin təyin olunacağı ağlabatandı. Lakin kim? Bu sualın cavabını yaxın günlərdə biləcəyik. Vaxtilə ölkəmizdə çalışmış əcnəbi məşqçilərdən birinin adını eşitsək, təəccüblənməyəcəyik.
HƏBİB

Oxunub: 1 160
Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-06-2018, 13:0

Elşad Əhmədovun yanına getdilər…

Premyer-liqa

21-09-2019, 13:0

Futbolçular Elşad Əhmədovun istefa verəcəyini gözləmirmiş

Premyer-liqa

20-03-2019, 12:0

“Sabah” yoldaşlıq görüşü keçirəcək

Ölkə futbolu

17-06-2019, 21:0

“Sabah”ın Türkiyə planında dəyişiklik oldu

Aktual
Yox bir, açılış oyununda “Bayraktar” uçuraq...
"Bu sorğunun ilk nəticələrinə də baxanda gülümsədim” - nazirlik siyahı açıqladı, telekanal narazı qaldı
Artıq iki istefa gerçəkləşib
“Molde” “Real”dı, “Barselona”dı, yoxsa “Bavariya”dı?
“Qoy valideynlər həvəslənib qızlarını futbola yazdırsın” – kapitan Kiprdən Azərbaycana səsləndi
“Qurban müəllimin ilk matçdan sonra rəqibi bir daha təhlil etdiyinə inanıram” – “İmarət” nikbindi
Son xəbərlər
  • Bu gün, 23:51
    Lebron həm rekord müəyyənləşdirdi, həm də şoka düşdü
  • Bu gün, 23:30
    Ferqyuson canını yaxşı qurtardı
  • Bu gün, 23:15
    Pafoslu şairə İsveç, Argentina nümunəsi - KÖŞƏ
  • Bu gün, 22:51
    Hakimlər heç bir oyunda ön plana çıxmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
  • Bu gün, 22:30
    Yox bir, açılış oyununda “Bayraktar” uçuraq...
  • Bu gün, 22:15
    "Bu sorğunun ilk nəticələrinə də baxanda gülümsədim” - nazirlik siyahı açıqladı, telekanal narazı qaldı
  • Bu gün, 21:50
    Artıq iki istefa gerçəkləşib
  • Bu gün, 21:21
    “Yanvardan sonra fərqli "Şəfa" görəcəksiz”
  • Bu gün, 20:50
    41 yaşında qərar verdi
  • Bu gün, 20:21
    “Bavariya” qapıçıları ilə yenidən anlaşdı
  • Bu gün, 19:55
    “Adidas”la müqavilə bağladı
  • Bu gün, 19:38
    Çalımbay zədəlilərin çoxluğundan gileyləndi
  • Bu gün, 19:15
    ''Bavariya''nın iki rekord seriyası qırıldı
  • Bu gün, 18:51
    ''Yunayted''in əfsanəsindən Onanaya sərt sözlər
  • Bu gün, 18:21
    ''Qalatasaray'' rekordunu təkrarladı, ''Yunayted'' antirekordunu yenilədi
  • Bu gün, 17:50
    “Molde” “Real”dı, “Barselona”dı, yoxsa “Bavariya”dı?
  • Bu gün, 17:29
    Musa Qurbanlı “Yurqorden”dən ayrılacaq? – meneceri açıqladı
  • Bu gün, 17:08
    “Rövlan dünən bir qədər yorulmuşdu və ağrıları var idi”
  • Bu gün, 16:57
    “Qoy valideynlər həvəslənib qızlarını futbola yazdırsın” – kapitan Kiprdən Azərbaycana səsləndi
  • Bu gün, 16:36
    “Qurban müəllimin ilk matçdan sonra rəqibi bir daha təhlil etdiyinə inanıram” – “İmarət” nikbindi
  • Bu gün, 16:15
    “Məhz bu amilə görə başımız ağrıya bilər” – Ceyhun Sultanov “Qarabağ”dan nə gözləyir?
  • Bu gün, 15:54
    Ölkə kuboku: "Şamaxı" və "İmişli" növbəti mərhələdə - YENİLƏNİB
  • Bu gün, 15:33
    “Axşam stadionda anşlaq olacaq və “Molde”yə güclü dəstək veriləcək” – soyuq şəhərdən “soyuq” xəbər gəldi
  • Bu gün, 15:12
    Ağabala Bilgəh sanatoriyasında dincəlir
  • Bu gün, 14:51
    Leverkuzendə yeni anlaşma
  • Bu gün, 14:30
    Millimiz FİFA reytinqində 6 pillə irəlilədi
  • Bu gün, 14:09
    Neymar sevgilisindən ayrıldı
  • Bu gün, 13:58
    “Kəpəz" ölkə kubokunda 50-ci ev oyununu keçirib
  • Bu gün, 13:37
    “Qızıl Samba”nı Vinisius qazandı
  • Bu gün, 13:16
    Lambrexts varsa, “Qarabağ” qələbə qazana bilmir...
  • Bu gün, 12:55
    "Hakimdən narazı qaldıq və bu haqda iradlarımızı bildirdik"
  • Bu gün, 12:34
    "Olimpiakos" "Qəbələ"ni evdə daha sərt cəzalandırdı - REPORTAJ
  • Bu gün, 12:30
    “Neftçi” İK U-19-u məğlub etsə, lider ola biləcək? - YENİLƏNİR
  • Bu gün, 12:13
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:00
    “Qarabağ” ölkə futbol tarixində ilkə imza ata biləcəkmi? - YENİLƏNİR
Daha çox
Oxunub: 4 131
“Problemlərin çarəsi mənəm” - Milan Obradoviç millimizi çalışdırmaq istəyir
Oxunub: 3 039
Türkiyə klubu Mutunun qara siyahısında olan futbolçu ilə maraqlanır
Oxunub: 2 007
“Səbail” Ağabalanı müalicə edir, Samiri cəzalandıracaq
Oxunub: 1 666
"Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"
Oxunub: 1 655
Turan Manafov tualetə gedib?
Oxunub: 1 636
Yığmanın sabiq məşqçilərinin İşçi Qrupla bağlı fikirləri haçalandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə