Sizin reklam burada

Çempion flaqmana “dərs keçdi”

Baxış Sayı:576


16. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 2:0 (1:0)
1. Asmir Beqoviç - 6,0
3. Aylton Silva – 6,0
5. Maksim Medvedev (k) – 6,5
55. Bədavi Hüseynov – 6,0
30. Abbas Hüseynov - 6,0
18. İsmayıl İbrahimli – 5,5
8. Miçel – 5,5
17. Abdulla Zubir – 6,0
(99. Maqaye Geye, 80) – qiymətsiz
20. Riçard Almeyda – 5,5
10. Dani Kintana – 5,5
(9. Xayme Romero, 60) – 5,5
11. Mahir Əmrəli – 6,0
(2. Qara Qarayev, 77) – qiymətsiz
Ehtiyat oyunçular
13. Vaqner da Silva
12. Şahruddin Məhəmmədəliyev
7. Araz Abdullayev
14. Rəşad Sadıqov
6. Simeon Slavçev
23. Faysal Rerras
21. Hacıağa Hacılı
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Maksim Medvedev

1. Səlahət Ağayev – 5,0
77. Vild-Donald Gerye – 5,5
6. Voislav Stankoviç – 5,0
25. Kiril Petrov – 4,5
26. Ömər Buludov – 5,0
8. Emin Mahmudov (k) – 5,0
36. Mamadu Kane – 6,0
28. Stiven Jozef-Monroz – 4,5
17. Rəhman Hacıyev – 4,5
(19. Rauf Əliyev, 57) – 4,5
7. Namiq Ələsgərov – 4,5
(80. İsmayıl Zülfüqarlı, 84) – qiymətsiz
9. Baqali Dabo – 4,0
(11. Evangelos Platellas, 70) – 4,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
18. Tural Axundov
3. Mamadu Mboc
93. Soni Mustivar
10. Dario Federiko
33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Mamadu Kane
Qollar: M.Əmrəli, 31 (1:0, A.Zubir). A.Zubir, 70 (2:0).
Vərəqələr: E.Mahmudov, 17 (qeyri-idman hərəkəti). K.Petrov, 90 (qeyri-idman hərəkəti). A.Silva, 90+3 (oyunun bərpasını ləngitmək). R.Əliyev, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
15 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 7000 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Çempionluğa iki iddialı komanda cari mövsümdə ilk dəfə məhz bu turda üz-üzə gəldi. Geridə qalan 3 matçda xal itirməyən, qapısında qol görməyən “Qarabağ” mövsümə qeyri-sabit başlayan “Neftçi”ni qəbul edirdi. Oturuşmuş sistem, heyətdə yer alan səviyyəli oyunçular, xətlərarası ideal anlaşma “köhlən atlar”ın əsas üstünlüyü idisə, “ağ-qaralar” yalınız istək və əzmkarlıq hesabına nəsə edə bilərdi. Təəssüf ki, srağagün “Tofiq Bəhrəmov”da Bordinin komandasında bunun heç birini görmədik. Ölkənin ən yaşlı komandasının heyətində yer alan oyunçular çox “dişsiz” təsir bağışladı. Kağız üzərində “Neftçi”nin hücum potensialı mükəmməl görünsə də, real durum fərqlidi. Heç yarımmüdafiə xətti də yaradıcılığı və “qara iş” görmək qabiliyyəti ilə öyünə bilməz. Mövsümlərarası fasilədə rəhbərlik Stankoviçi, ötən həftə isə Geryeni baş məşqçinin sərəncamına versə də, arxa xətt üzərinə düşən işi yerinə yetirə bilmir ki, bunun da nəticəsi kimi “ağ-qaralar” çempionatın bütün oyunlarında qapısında qol görüb. “Qarabağ”la qarşılaşma bir daha göstərdi ki, payatxt təmsilçisi hələ də çempionluq üçün yetişməyib.
Oyunda ilk yaddaqalan təhlükə meydan sahiblərinin qapısı önündə yaşandı. 10-cu dəqiqədə Jozef-Monrozun təxminən 30 metrdən qüvvətlə zərbəsi “çərçivə” yə getsə də, Beqoviç mükəmməl seyvlə topu kornerə çıxarmağı bacardı. Hollandiyalının zərbəsi sanki meydan sahiblərini yuxudan ayıltdı. İrəliləyən dəqiqələrdə Qurban bəyin çalışdırdığı komanda ardıcıl rəngarəng hücumlar qurur, Səlahətə və müdafiəçilərə çətin anlar yaşadırdılar. 25-ci dəqiqədə Riçardın meydanın dərinliyindən gözəl ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Mahirin uzaq küncə zərbəsini Ağayev çətinliklə dəf edə bildi. Buna qədər isə Zubir və Dani də qol vurmağa yaxın olmuşdular. 31-ci dəqiqədə meydan sahiblərinin həmlələri, nəhayət, bəhrə verdi. Sol cinahda Zubir yüksək texnika nümayiş etdirərək topu sağa-sola çəkməklə Ömərin başını fırladıb qapıya paralel ötürmə etdi. Səlahət topa toxunsa da, Stankoviç təhlükəni sovuşdura bilməyincə, Əmrəli bir toxunuşla toru silkələdi. İlk yarının qalan dəqiqələrində Rəhmənın cərimə zərbəsini çıxmaq şərti ilə qapılar önündə yaddaqalan qol vəziyyəti olmadı. Yalnız Hacıyevin cərimə zərbəsindən sonra top dirəkdən cüzi fərqlə aralı keçdi.
Fasilədən sonra tribunada yer alan “Neftçi” fanatları Bordinin oyuna müdaxilə edəcəyinə ümid edib, sevimlilərinin daha baxımlı oynayacağını gözləyirdilər. Lakin ikinci yarıda da “Qarabağ”ın şousu davam etdi. Meydan sahibləri hər zövqə uyğun hücumlar qurur, qonaqların müdafiə xəttini pərən-pərən salırdılar. Bəzən adama elə gəlirdi ki, Qurbanovun yetirmələri bilərəkdən ikinci qolu vurub, nəinki matçda, ümumiyyətlə, çempionatda intirqanın ölməsini istəmirdilər. Ağdamlılar özlərinə o qədər arxayın şəkildə irəli çıxırdılar ki, elə bil qarşısındakı “Neftçi” yox, Region Liqasının autsayder komandasıdı. Zurbirlə İsmayıl bir neçə dəfə real qol şansından yararlana bilmədi. 70-ci dəqiqədə isə Mərakeş əsilli fransız futbolçu istəyinə çatdı. Bu həm də oyunun yekun nəticəsini müəyyənləşdirən qol oldu. Düzdü, qonaqların da fərqlənmək üçün imkanı oldu. Lakin Beqoviçin qapıda inamlı oyunu və tir “ağ-qaralar”ın istəyini gözündə qoydu. Geryenin sol ayaqla zərbəsi qapı tirindən döndüsə, başla zərbəsindən sonra top əvvəlcə Beqoviçə sonra isə tirə dəyərək meydanı tərk etdi. Buna qədər isə Rauf yaxın məsafədən qapıya düşə bilməmişdi. Jozef-Monrozun zərbə mövqeyinə çıxardığı forvard təxminən 10 metrdən fərqlənə bilmədi.
RƏŞAD

Gözdən qaçmadı
* Karate üzrə dünya çempionu Rafael Ağayev və sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev də turun mərkəzi görüşünü izləyənlər arasında idi. Matç başa çatandan sonra onlar arenanı Rəşad Sadıqovla birgə tərk etdilər.
* “Qarabağ”ın ikinci qolundan sonra “Neftçi” azarkeşləri klub rəhbərliyini və Roberto Bordini istefaya səsləməyə başladılar. Çox maraqlıdı ki, “ağ-qaralar”ın fanatları bu şüarı səsləndirərkən “Qarabağ”ın fanatları sakit dayanıb “istefa”nın stadionda daha aydın eşidilməsinə şərait yaradırdılar.
* Çempionarda əsas rəqibini ilk görüşdə məğlub edən “köhlən atlar”ın futbolçuları hakimin final fitindən sonra fanklubların yer aldığı sektora yaxınlaşıb mükəmməl dəstəyə görə onlara təşəkkürlərini çatdırdılar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR