
“Trabzonspor”un skautları Mahiri bəyəniblər
Futbolçunun Sulutəpədəki evi qarət olunub
Millinin Xorvatiya ilə oyununu “Trabzonspor”un skautları da izləyiblər. “Fotospor”da yer alan xəbərə görə, Qara dəniz təmsilçisinin nümayəndələri yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini bəyəniblər. Bildirilir ki, “Trabzonspor”un baş məşqçisi Ünal Karamanın təlimatına əsasən skautlar gələcəyə yatırım ola biləcək futbolçular axtarırlar. Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də “Trabzonspor”un 22 yaşlı Mahirlə maraqlandığı yazılıb.
22 yaşlı futbolçudan söz düşmüşkən, onun mənzili qarət olunub. Report.az-da yer alan xəbərə görə, Əmrəlinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.