Sizin reklam burada

Millinin oyunlarının təqvimi açıqlandı

Baxış Sayı:460


Futzal millimizin gələn ay Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi qrup oyunlarının təqvimi açıqlanıb. Final mərhələsi 2020-ci ildə Litvada keçiriləcək mundialın əsas mərhələsində Joze Alesio da Silvanın komandası Slovakiya, Monteneqro və Moldova ilə yarışacaq. Oktyabrın 23-27-si aralığında baş tutacaq qrup oyunlarına Bakı evsahibliyi edəcək. Yığmamız ayın 23-də Moldovanı sınağa çəkəcək. Ertəsi Monteneqro ilə gücünü sınayacaq futzalçılarımız 27-də həlledici görüşdə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupun açılış oyunları saat 17.00-da baş tutacaqsa, millimiz rəqiblərini 20.00-da sınağa çəkəcək. Beləliklə, əsas mərhələnin qrup oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
Slovakiya – Monteneqro
23 oktyabr. Bakı İdman Sarayı. Saat 17.00
Azərbaycan – Moldova
23 oktyabr. Bakı İdman Sarayı. Saat 20.00
Moldova – Slovakiya
24 oktyabr. Bakı İdman Sarayı. Saat 17.00
Azərbaycan – Monteneqro
24 oktyabr. Bakı İdman Sarayı. Saat 20.00
Monteneqro – Moldova
26 oktyabr. Bakı İdman Sarayı. Saat 17.00
Slovakiya – Azərbaycan
26 oktyabr. Bakı İdman Sarayı. Saat 20.00
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR