Sizin reklam burada

Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi

Baxış Sayı:291


"Qarabağ"ın legioneri Aylton Silva AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisiylə matç üçün Bakıya gəlmiş Xorvatiya yığmasının düşərgəsinə baş çəkib. Braziliyalı müdafiəçi rəqib hücumçu Yosip Brekaloyla görüşmək üçün onun yanına yollanıb.
Yosiplə fotosunu "instaqram"dakı səhifəsində paylaşan Aylton "Səni görmək çox xoş oldu, qardaşım" yazıb. Bu futbolçular vaxtilə Almamiyanın "Ştutqart"da birgə çıxış ediblər. Aylton indi də bu komandanın futbolçusu olaraq "Qarabağ"da icarə əsasında çıxış edir. Brekalo da "Ştutqart"a məxsusdu, sadəcə, "Volfsburq"da icarədə oynayır.
Buna qədər isə vaxtilə Xorvatiya “Hayduk”unun formasını geymiş "Keşlə"nin futbolçusu Ruslan Qurbanov da xorvatların Bakıda qaldığı otelə baş çəkərək keçmiş komanda yoldaşları ilə fotosunu sosial şəbəkədə paylaşmışdı.
Bu arada Xorvatiya yığmasının düşərgəsinə “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də oğlu ilə baş çəkib, dünən 34 yaşını tamamlayan Modriçlə şəkil çəkdirib.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR