Klub azarkeşlərlə görüşmək üçün münasib vaxt tapmağa çalışır
“Neftçi”ylə “Forza Neftçi”, başqa cür desək, azarkeşlərlə futbolçu və məşqçi heyəti arasında sular yenə bulanıb. Çempionluqla ölkə kubokunun əldən çıxmasına baxmayaraq, yayda Moldova və Rusiyaya avtobusla səfər edən fanatlar komandanın yanında olduqlarını göstərməyi bacarmışdılar. Lakin “Bney Yehuda” ilə matçlardakı qələbəsizlik, yekunda ”ağ-qaralar”ın gözlənilmədən mübarizəni dayandırması tərəfdarları özündən çıxardı. Buna baxmayaraq, onlar “Neftçi”ni tək buraxmadılar. Premyer-liqanın açılış turunda sevimli komandalarının sevimli stadionlarında “Sabah”la heç-heçə etməsi bardağın dibindəki sonuncu damcını də yerə saldı. Nəticədə “Forza Neftçi” yaydığı bəyanatda “Neftçi”nin qarşıdakı oyunlarını boykot edəcəyini bildirdi.
İndi vəziyyət qəlizdi. Fanatlar çempionluğa oynamaq istəyən komanda görmək istəyir, “Neftçi” isə 3 oyunda cəmi 4 xal toplamağa müvəffəq olub. Durum yaxşıya doğru dəyişməsə, tribunalar “Forza Neftçi”siz qalacaq. “Sumqayıt”la oyundan sonra Roberto Bordinə “Forza Neftçi”nin “Neftçi”nin oyunlarını boykot etməsi ilə bağlı sual ünvanlananda, italyan çalışdırıcının cavabı təxminən belə olmuşdu: “Bu ildən fərqli olaraq, ötən il azarkeşlərlə tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan bu yana tez-tez oyunlarımız olur. Buna görə də görüşümüz baş tutmayıb. İndi millilərə görə çempionatda fasilə yaranacaq. İstəyərəm ki, onlarla görüşüb, fikir mübadiləsi aparaq”.
Bordinin mətbuat konfransında səsləndirdiyi fikirlərin üstündən dörd gün keçib. Odu ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb, məsələ ilə bağlı məlumat aldıq: “Forza Neftçi”ylə ciddi problemimiz yoxdu. Hər şey qaydasındadı. Komandaya bir neçə günlük istirahət verilmişdi, bu gündən yığışıblar. Bu məsələ klub rəhbərliyinin diqqət mərkəzindədi. Bu səbəbdən azarkeşlərlə məşqçi və futbolçu heyətinin görüşünü təşkil etməyə çalışacağıq. Sadəcə, hər iki tərəf üçün münasib vaxt seçilməlidi. Prosesin uzanmasını istəmirik. Danışıb, yoluna qoymalıyıq. Azarkeşlərlə komanda arasında inciklik olmamalıdı”.
İşin bu tərəfini bildik. Maraqlıdı, fanatlar bu haqda nə düşünür? Sentyabrın 15-də “Neftçi”nin prinsipial rəqibi “Qarabağ”la oyununun olduğunu nəzərə alsaq, onların tribunada yer alması mütləqdi. Azarkeş qrupunun rəhbəri Sübhan Əliyevlə söhbətdə konkret cavab ala bilmədik: “Bordinin fikirləri ilə tanışıq. Tək o yox, hamı bilir ki, ev-səfər bilmədən daim komandanın yanında olmuşuq, dəstəyimizi əsirgəməmişik. “Neftçi” üçün ac da qalmışıq, yuxusuz da. Bundan sonra da belə davam edəcək. Bu klubun adı “Neftçi”di, hətta böyük hərflərlə də yaza bilərsiz. “Neftçi”də isə ruhsuz futbolçu, ruhsuz məşqçi, ruhsuz idman direktoru və ya bir başqası işləyə bilməz. Futbolçunun üzünə baxırsan, ruh yoxdu, istək yoxdu. Belə davam edəcəyi halda, tribunaya dönüşümüz aktual olmayacaq. Hamımız futbolu bilən adamlarıq. Oynayan “Neftçi”ni də görürük, oynamayan, oynamaq istəməyən “Neftçi”ni də. Bizə boş vədlər, boş sözlər lazım deyil. “Neftçi” titul qazanmalıdı, başımızı uca tutmalıdı. “Sumqayıyt”ı udmaqla könüllər fəth olunmur. Elə bilməsinlər ki, “Sumqayıt”ı məğlub etdilər deyə, işlər qaydasına düşdü. O ki qalda boykotun nə vaxta qədər davam edəcəyinə, bu haqda hələ heç nə deyə bilməyəcəm. Çünki uşaqlarla görüşüb, müzakirə etməliyik, qərar verməliyik. Ona görə də “Qarabağ”la oyunda iştirak edib-etməyəcəyimizi bilmirəm. Qarşıda 10 gün vaxtımız var. Hansısa qərar qəbul olunsa, “feysbuk” səhifəmizdə məlumat verəcəyik”.
HƏBİB

Son xəbərlər

Hikmət Hacıyev: "Fəxri kürsüyə layiq olan döyüşçülər milli yığma komandanın tərkibinə salındı" - AÇIQLAMA

"Zirə" Türkiyə klubuna qarşı - YENİLƏNİR

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

Bütün xəbərlər