“Neftçi” şikayət etdi, “Sumqayıt” yox
Vurğun klub tərəfindən də cərimələnəcək
“Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində baş verən hadisənin cəzasız qalmayacağı gözlənilən idi. Meydanda – azarkeşlərin gözü önündə bir-birinə sillə-təpik atmaqdan çəkinməyən günahkarların işinə çərşənbə axşamı bir araya gələn İntizam Komitəsinin üzvləri baxdı.
Olayın əsas səbəbkarı Anton Krivotsyuk canını 1 oyunluq cəza ilə qurtardısa, hədəfə Etibar Tarıverdiyevlə Vurğun Hüseynov tuş gəldi. Birinciyə 20 oyunluq cəza və 16 min manat cərimə kəsildi. “Sumqayıt”ın kapitanı isə qarşıdakı 3 matçda iştirak edə bilməyəcək, bu azmış kimi, klub ona görə 2400 manatından keçməlidi.
Bunu başa düşdük. Bu dəqiqə aktual mövzu kəsilən cəza və cərimədən sonra hər iki klubdakı durum, başqa cür desək, aparılan müzakirələrdi. Məsələn, “Neftçi”ylə “Sumqayıt” məşqçi və futbolçusuna görə apellyasiya şikayəti verəcəkmi? Həmin 16 min və 2400 manatı səbəbkarlar öz ciblərindən ödəyəcəklər, yük kluba düşəcək, yoxsa “atışacaqlar”?
Suallarımıza cavab tapmaq üçün öncə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq: “İlk növbədə baş vermiş xoşagəlməz olaya görə klub adından təəssüfləndiyimizi deməliyəm. Olmamalıydı, oldu. Etibar Tarverdiyevə kəsilən cəza və cərimə ilə bağlı Apellyasiya və Arbitraj Tribunalına məktub ünvanlamışıq. Həmin məktubda verilən cəzanın mümkün olduğu halda yüngülləşdirilməsini xahiş etmişik. İndi isə qarşı tərəfdən cavab gözləyirik. O ki qaldı cərimənin kim tərəfindən ödəniləcəyinə, bu haqda heç bir müzakirə aparılmayıb. Çünki Apellyasiya və Arbitraj Tribunalının cavabı önəmlidi. Tribunalın son sözündən sonra bu haqda klubdaxili müzakirə aparılacaq və hansısa qərar qəbul olunacaq. Bu dəqiqə əsas məqsədimiz Etibar müəllimin cəzasının yüngülləşdirilməsinə çalışmaqdı”.
“Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla söhbətdə isə hər imkanda eşidə bilməyəcəyimiz cavab aldıq. Hər nə qədər təəccüblü görünsə də, obyektivliyi əldə əsas tutan “kimyaçılar” Vurğuna görə apellyasiya şikayəti verməyəcək: “Vurğun Hüseynovla bağlı Apellyasiya və Arbitraj Tribunalına müraciət etmək niyyətimiz yoxdu. Futbolçumuz rəqibi vurub, buna haqq qazandırmaq doğru olmaz. Nə olsaydı da, kapitanımız o cür davranmamalıydı. Klub olaraq aqressivliyin, şiddətin tərəfdarı deyilik. Məsələnin digər tərəfinə gəlincə, bu haqda mətbuata açıqlama verməyim düzgün olmaz. Çünki belə məsələlər klubdaxili iş sayılır. Klub rəhbərliyi məşqçilər heyəti ilə müzakirə aparandan sonra hansısa qərar qəbul olunacaq. Yalnız onu deyə bilərəm ki, etdiyi əmələ görə Vurğun Hüseynova klubun daxili intizam qaydalarına əsasən hansısa formada cərimə kəsiləcək”.
HƏBİB

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər