Sizin reklam burada

Rauf Əliyev U-21-in üzvləriylə görüşdü

Baxış Sayı:528

Rauf Əliyev U-21-in üzvləriylə görüşdü
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-sı, saat 20.30-da “Dalğa Arena”da Slovakiya yığmasına qarşı keçirəcəyi oyununun hakimləri açıqlanıb. Qarşılaşmanı Deyan Yakimovski idarə edəcək. Nikola Karakolevlə Kuştrim Lika yan xətlərdə yer alacaqsa, İqor Stoyçevski dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakimlər briqadası Şimali Makedoniyadandı.
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də U-21-in üzvləri ilə görüşüb. Qurum rəsmisi yığmaya AÇ-nin seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Baş məşqçi Milan Obradoviç isə komanda adından çıxış edərək, AFFA rəhbərliyinə təşəkkürünü bildirib. AFFA-nın Texniki direktoru Bernard Lippert də görüşdə iştirak edib.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, U-21-in mətbuat üçün açıq məşqi olacaq. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq hazırlıq prosesi bu gün, saat 18.00-da “Dalğa Arena”da başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR