"Xəzər Yardımlı" yarışdan imtina etdi
Dünən Bakı İdman Sarayında futzal üzrə növbəti mövsümün püşkü atılıb. İdman qurğusunun mətbuat zalında təşkil edilən tədbir saat 11.30-da başlayıb və əvvəlcə yüksək liqanın püşkü atılıb. Bəribaşdan qeyd edək ki, son anda iştirakçılardan ikisi dəyişib. "Xəzər Yardımlı" sponsor problemini yoluna qoya bilməyib. Onları "Xızı Futzal" əvəzləyib. Tələbə Futzal Federasiyasının komandası TFF-55 isə çempionatda "Bakı" Tələbə Futzal Klubu (TFK) adı ilə çıxış edəcək.
Püşkatma mərasimində komandalara Əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. Qeyd edək ki, yeni mövsüm ötənilki ilə müqayisədə təkcə iştirakçı sayının 7-dən 10-a çatdırılması ilə yox, bir çox yeniliklərlə əlamətdar olacaq. Mövsüm 3 dövrədən ibarətdi. İlk “4-lük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna bir nəfər 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdi. Yüksək liqaya sentyabrın 11-də start veriləcək. Püşkün nəticəsinə əsasən çempionatın 1-ci turunun təqvimi aşağıdakı kimidi:
“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premyer” (Quba) – EKOL
“Marafon” – “Neftçi”
Birinci Liqada 2019/20 mövsümündə 20 komanda yarışacaq. Birinci turun oyunları sentyabrın 13-14-də Bakı İdman Sarayında keçiriləcək. Püşkün nəticəsini diqqətinizə çatdırırq:
“Ulduz” - “Red Line”
AZMİU - “Qarabağ-Füzuli”
“Zirvə Bakı” - “Baku Fans”
“Rayyan” MFK – ADBTİA
“Xızı Yasamal” - U-19
“Veqa” - “Zəngilan”
“Forza Neftçi” - “Çinar Cəbrayıl”
“Standard” - “Metropoliten”
“Yasamal” İSK-2 - “Baku Fire-2”
“Harmony Otel” - “Star karqo”
Üçüncü liqaya sentyabrın 15-də start veriləcək. Açılış turunun təqvimi belədi:
“Baker Tilly” - “Star karqo-2”
“Zirvə Baku-2” – NTD
“Borçalı” - “Baker Hughes”
“Altay” - “Gənclik” İK
“Advokat” - “Təbriz”
“Bədr Xocalı” - “Timsport”
“ASCO Dənizçi” - “Bibi-Heybət”
“Hövsan” - “Emin spor”
“Atletiko Baku” - “Zülfüqar”
“Dalğa” - “Baku Fire-3”
MİRAĞA