(hekayə)
Hərbi hissəyə yeni daxil olmuşdum. İlk dəfə idi ki hərbi hissədən reportaj hazırlayırdım. Hərbi hissənin binasına daxil olanda məni birinci “Şəhidlər” lövhəsi qarşıladı. Lövhəyə nəzər salanda kimləri görmədim ki?! "MKT-Araz", "Simurq", "Viləş", "Karvan" və s. Lövhənin sonunda Lənkəran doğumlu "Xəzər Lənkəran" var idi. Məni Şahgəldiyev adlı gizir qarşılayıb, bölük komandiri Musayevin otağına apardı. Musayev məni məişət üslubunda salamlayaraq əyləşməyimi rica etdi. Hərbi hissədəki vəziyyət haqda mənə geniş məlumat verdi. Sözlərindən belə məlum oldu ki, əsgərləri qidalanmasında və təminatında böyük problem var. Bu səbəbdən bölükdə çox əsgər saxlaya bilmir və onları aşağı mərtəbədəki bölüklərə göndərir. Əlqərəz, Musayev Şahgəldiyevə tapşırdı ki, məni bölüyə aparsın və əsgərlərlə tanış etsin. Bölüyə girəndə təəccübümü gizlədə bilmədim. Bölük deməyimə baxmayın, burda bir manqalıq əsgər var. "Bölük"də bizi tağım komandiri "Qarabağ" qarşıladı. Əsgərlə söhbətdən sonra məlum oldu ki, "bölük"dəki əsgərlərin əksəriyyəti Bakı qeydiyyatındadı. "Qarabağ","Qəbələ" və "Sumqayıt" əyalət qeydiyyatlıdı. "Qarabağ" da evdən qovulduğuna görə paytaxta böyüyüb deyə, onu rayon uşağı kimi görmürlər. "Qəbələ"nin üzündə dərin yorğunluq sezdim. Gizir Şahgəldiyevdən bunun səbəbini soruşanda dedi ki, yayda atası rəhmətə gedib. İndiyə kimi hələ də özünə gələ bilmir. Maddi vəziyyəti də elə yaxşı deyil. Güclə idarə edirik uşağı. Bu bölükdə bir "Qarabağ"gilin maddi imkanı yaxşıdı. Atasının Türkiyədə böyük biznesi var. Uşağına vaxtı-vaxtında nə lazımdısa, göndərir. Birdən gözüm bölükdə tərliklə gəzən birinə sataşdı. Şahgəldiyevdən bunun kim olduğunu soruşanda dedi ki, "Səbail"di, hərbi hissə komandiri Məmmədovun qohumudu. Məmmədov özü də nazir Abdullayevin ən sevdiyi işçilərindəndir. Bölüyün ən gənc əsgəri "Sabah" idi. O da gələndən özünü göstərib komandirin gözünə girib. İndi komandirin yazı-pozu işlərini görür. "Keşlə"dən xidmətin bitməsinə nə qədər qaldığını soruşanda dedi ki, hərbi xidmət müddəti dörd ay əvvəl bitib. Lakin, o bu uşaqlardan ayrılmaq istəmir deyə Müddətdən Artıq Xidmət Edənlər sırasında yazılıb, yəni MAXE-di. Artıq bu bölük mənə çox sıxıcı görünməyə başlamışdı. Bir an öncə bölüyü tərk etmək istəyirdim ki, gözümə bölük növbətçisi "Neftçi" dəydi. Məlum oldu ki, “Neftçi” dünən axşam "Sumqayıt"la dalaşaraq nizam-intizamı pozduğuna görə fasiləsiz növbətçi yazılıb. "Neftçi"yə yaxınlaşıb qulağına dedim ki, bir az səbirli ol, sən bu orduya lazımlı əsgərsən, özünü qoru. Səni qapıdakı “Şəhidlər” lövhəsində görmək istəmirik.
ƏCƏMİ ƏSƏDULLA

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər