Sizin reklam burada

“Qarabağ”a rəqib yoxdu

Baxış Sayı:1 584


12. Səbail – Qarabağ (Ağdam) 0:4 (0:2)
85. Kamal Bayramov – 4,0
13. Şəhriyar Rəhimov – 3,5
32. Elvin Yunuszadə - 3,5
55. Adil Nağıyev – 4,0
3. Turan Manafov – 4,0
(77. Ədilxan Qarəhmədov, 46) – 3,5
34. Ürfan Abbasov – 4,0
14. Rahid Əmirquliyev (k) – 5,0
8. Yevgeni Koçuk – 4,5
(5. Vüqar Bəybalayev, 87)
10. Ağabala Ramazanov – 4,0
7. Fəhmin Muradbəyli – 4,0
22. Mirabdulla Abbasov – 3,5
(9. Mirsahib Abbasov, 68) – 3,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
4. Eltun Yaqublu
6. Maykl Essyen
17. Elçin Rəhimli
19. Ruslan Hacıyev
23. Murtazəli Abakarov
26. Kamal Qurbanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev

12. Şahruddin Məhəmmədəliyev – 6,0
23. Faysal Rerras – 5,5
(3. Aylton Silva, 63) – 5,0
4. Rahil Məmmədov – 5,5
5. Maksim Medvedev (k) – 5,5
30. Abbas Hüseynov – 6,0
20. Riçard Almeyda – 5,5
2. Qara Qarayev – 6,0
(99. Maqaye Geye, 69) – 5,0
7. Araz Abdullayev – 5,5
18. İsmayıl İbrahimli – 6,0
10. Dani Kintana – 6,0
11. Mahir Əmrəli – 6,5
(17. Abdulla Zubir, 68) – 5,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
94. Nicat Mehbalıyev
6. Simeon Slavçev
9. Xayme Romero
14. Rəşad Sadıqov
21. Hacıağa Hacılı
45. Rauf Hüseynli
71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Əmrəli
Qollar: D.Kintana, 2 (0:1, Q.Qarayev). İ.İbrahimli, 29 (0:2). İ.İbrahimli, 59 (0:3, M.Əmrəli). M.Əmrəli, 62 (0:4, D.Kintana).
Vərəqələr: A.Ramazanov, 20 (qeyri-idman hərəkəti). F.Rerras, 44 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 58 (hakimin qərarına etiraz). M.Əmrəli, 67 (oyunun bərpasını ləngitmək). Ş.Rəhimov, 70 (qeyri-idman hərəkəti). M.Medvedev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Pərvin Talıbov, Cavanşir Yusifov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
1 sentyabr. Bayıl. ASCO Arena. 2000 tamaşaçı (3200 yerlik).
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bu oyuna turun mərkəzi qarşılaşması adının verilməsi boşuna deyildi. Belə ki, ötən mövsümün medalçıları cari birinciliyin ilk 2 oyununu qalib başa vurmaqla digər rəqiblərindən çox – 6 xal toplayıb ilk pillələri bölüşürdülər. Odu ki, növbəti qələbəni qazanan turnir cədvəlinin vahid liderinə çevriləcəkdi.
Əslində qalibin “Qarabağ” olacağı şübhə doğurmurdu. Ağdamlıların son vaxtlar əla formada olması, Avroliqanın qrupuna vəsiqə qazanmaqla psixoloji yüksəliş yaxalaması və ən əsası, “Səbail”in legionerlərinin komandanı tərk etməsi əsas sualın cavabını ortaya qoyurdu. Möcüsə baş verməsəydi, “köhlən atlar” bu oyunu uduzmayacaqdı ki, belə də oldu.
Son illərin dəyişməz çempionu lazım olan qələbəni çətinliklə yox, darmadağınla əldə etdi. Halbuki oyunun əvvəli qonaqların işinin asan olmayacağından xəbər verirdi. 2-ci dəqiqədə Daninin hesabı açması, 10 dəqiqə sonra meydan sahiblərinin cərimə zərbəsindən sonra Şahruddinin inamlı oynaması vəziyyəti bu həddə çatdırdı. İlk hissənin gedişində İsmayıl hesab arasındakı fərqi artırdı, fasilədən az sonra komandasının və özünün çempionatda 3-cü qolunu vurdu, 62-ci dəqiqədə isə Mahir rəqibin müdafiə xəttindəki boşluqdan maksimum yararlandı.
Oyunun ən yaxşısı, heç şübhəsiz, Əmrəli idi. 4 qolun hər birində yaxından iştirak edən “11 nömrə” “Qarabağ”ın ən faydalı oyunçusu idi. Qurbanov onu əvəzləməsəydi, bəlkə də növbəti qolunu vuracaq, ya da ötürmə müəllifi olacaqdı. Elitada ilk dəfə ardıcıl 3 oyunda start heyətində meydana çıxan İsmayılın oyunu isə möhtəşəmdi. Bu gedişlə ən qısa zamanda adı Nikola Yurçeviçin siyahısına düşəcək.
“Qarabağ” sürətli hücumlarla bir-birinə oxşar qolla vurub növbəti qələbəsinə sevindisə, “Səbail” ilk məğlubiyyətini aldı. Görünən odu ki, bu çempionatda ağdamlılara rəqib yoxdu.

Gözdən qaçmadı
* Oyunun 3 dəqiqə gecikmə ilə başlaması çoxlarını təəccübləndirsə də, dəqiq səbəbi bilmədik.
* İsmayıl özünün 1-ci, komandasının 2-ci qolunu vuranda “Qarabağ”ın ehtiyat oyunçular skamyasına sanki bomba atdılar. Hamı bir nəfər kimi ayağa qalxıb gənc futbolçunu alqışladı. Həmin an Geyenin sevincini görməyə dəyərdi.
* “ASCO Arena”nın diktorunun səsi tanış deyildi. Yetərincə həyəcanlı görünən şəxs bəzi anlarda səhvlərlə yadda qalırdı ki, onun “1-ci hissəyə 3 dəqiqə əlavə olunub” əvəzinə “1-ci dəqiqəyə 3:0 əlavə olunub” anonsunu verməsi gülüşlə qarşılandı.
* Mirsahib Abbasov meydana çıxmaq üçün dördüncü hakimin yanında nə az, nə çox - düz 4 dəqiqə gözləməli oldu. Yalnız top meydanı tərk edəndən sonra Abbasov qardaşını əvəzlədi.
* Mahirin gərəksiz yerə, meydanı qısa məsafədən tərk etmədiyi üçün sarı vərəqə alması Qurban Qurbanovu özündən çıxardı. Baş məşqçi emosiyalarına sahib ola bilməsə də, Mahir yanından keçəndə öncə əlinə, daha sonra kürəyinə vurub göstərdiyi oyuna görə təşəkkür etdi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR