Sentyabrın 3-dən 9-dək Portuqaliyanın Fiqueyra şəhərində Avropa Superfinal (European Beach Soccer League) mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə yığmanın heyəti açıqlanıb. Bolqarıstanın imtinası səbəbindən final mərhələsində Estoniya yığması mübarizə aparacaq. Komandamızın heyətini diqqətinizə çatdırırıq: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, Kamil Hüseynov, Amid Nəzərov, Orxan Məmmədov, Elgiz Kərəmli, Ramil Əliyev, Elşad Manafov, Renat Sultanov, Sabir Allahquliyev, Əbdül Əliyev.
Yığmanın keçirəcəyi oyunların təqvimi ilə də tanış olun:
5 sentyabr
15.45 Estoniya – Azərbaycan
6 sentyabr
15.45 Azərbaycan – Rumıniya
7 sentyabr
15.45 Azərbaycan – Çexiya