Sizin reklam burada

Yığma “Dalğa Arena”da hazırlığa başladı

Baxış Sayı:1 226


Rakitiçlə Kovaçiç Bakıya gəlməyəcək
AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə oyunlara hazırlıq məqsədilə yığma üzvləri dünən Mərdəkandakı Milli Komandaların Təlim-məşq Mərkəzində saat 12.00-da bir araya gəlib. Axşam saatlarında isə baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında "Dalğa Arena"da ilk məşq baş tutub. Komanda Uelslə səfər matçının keçiriləcəyi Kardiffə yollanana qədər gündə bir dəfə olmaqla hazırlıq keçəcək. Komanda səfərə çıxacağı sentyabrın 4-də yalnız səhər məşqi ilə kifayətlənəcək.
Yurçeviç ilk məşqdə dəvət göndərdiyi 23 futbolçudan yalnız birini sərəncamında görməyib. Bu, 2-ci bundesliqa təmsilçisi "Ertsgebirge"nin yarımmüdafiəçisi Dmitri Nazarovdu. Təcrübəli futbolçu son turda qonağı olduğu, penaltini də boşa verdiyi “Holştayn”la səfər matçının keçirildiyi Kil şəhərindən Bakıya üz tutub. O, dünən gecə düşərgəyə qoşulub.
Bu arada AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiyanın heyətində dəyişiklik edilib. Belə ki, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç heyətdən kənarlaşdırılıb. Bunu yerli mətbuata müsahibəsində baş məşqçi Zlatko Daliç deyib: "Rakitiçin klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyib. Onunla danışdım və milli komanda üçün hazır olmadığı qənaətinə gəldim. Bu üzdən növbəti oyunlarda bizə qoşulmayacaq". Daliç Rakitiçin əvəzinə "Kalyari"nin yarımmüdafiəçisi Marko Roqunu yığmaya çağırdığını deyib.
Dünən Xorvatiya yığmasının daha bir itki ilə üzləşdiyi bəlli olub. Xorvatiya Futbol Federasiyası Matteo Kovaçiçin də heyətdən kənarlaşdırıldığını açıqlayıb. "Çelsi"nin yarımmüdafiəçisi zədəli olduğu üçün Slovakiya və millimizlə oyunları buraxacaq. Onun əvəzinə "Hayduk"un yarımmüdafiəçisi Miyo Caktaşa dəvət göndərilib.
Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiyanın, 9-da isə millimizin qonağı olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR