“Uğursuzluğun başlıca günahkarı mənəm”
Başda özüm olmaqla “Qəbələ”nin bu vəziyyətinə dözmək çətindi, ağırdı. Sözlə ifadə edə bilməyəcəyim qədər ağırdı. Uğursuzluğun, məğlubiyyətlərin başlıca günahkarı mənəm. Rəhbərlik getməyimi məsləhət görəcəksə, oturub birgə söhbət edib qərar verəcəyik. Getməyim istənilsə, heç bir problem olmadan gedəcəm. Getməyim komandaya yaxşı təsir edəcəksə, gedəcəm. İndi istefa verməyim gəmini atıb getmək kimi bir şeydi.
Sənan Qurbanov, "Qəbələ"nin baş məşqçisi