Sizin reklam burada

Stuxlikdən baş məşqçilərə sərt mesaj

Baxış Sayı:1 159


“Qaydaları öyrənsinlər və gedib işləri ilə məşğul olsunlar”
AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik Azərbaycan Radiosunun qonağı olub. Komitə sədri baş məşqçilərin hakim qərarlarına etirazı ilə bağlı suala sərt cavab verib: "Əvvəlcə sual verək ki, hakimlərin səhv etdiyini kimlər deyir? Məşqçilər deyirsə, burda başqa sual ortaya çıxır. Məşqçilərin özlərinin oyun qaydaları haqda bilikləri hansı səviyyədədi? Onlar o qədər biliklidi ki, hakimin səhv, ya da düz qərar verdiyini müəyyənləşdirə bilir? Mən məşqçilərin seminarlarlarında iştirak etmişəm və şahidi olmuşam ki, onlarda qaydalarla bağlı xeyli boşluqlar var. Onların hələ öyrənəsi çox şey var. Ona görə də qaydaları öyrənsinlər və gedib işləri ilə məşğul olsunlar. Necə ki, mən gedib heç bir məşqçiyə oyun taktikası ilə bağlı göstərişlər vermirəm, onlar da hakimlərin işinə qarışa bilməz. Odu ki, mənim hakimlərimin işini görməyinə mane olmasınlar, işlərinə müdaxilə etməsinlər".
Cari mövsümdən etibarən hakimlər üç kateqoriyada fəaliyyət göstərəcəklər. Bunu da Stuxlik söyləyib: "Elit, 1-ci və 2-ci kateqoriya. Elit kateqoriyada olanlar premyer-liqaya təyinat alanlardı. 1-ci kateqoriyada olanlar divizionun oyunlarında əsas söz sahibi olacaqlar. 2-ci kateqoriyada olan hakimlər isə 19 yaşlı və daha aşağı yaş qrupunun matçlarına təyinat alacaqlar. Onların arasında yetərincə təcrübəsi olan, amma premyer-liqa oyunlarını idarə etməyənlər də var. Həmin qarşılaşmalar hakim-inspektorlar tərəfindən izləniləcək və mənə hakimlər haqda raportlar təqdim olunacaq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR