Sizin reklam burada

Xorvatlar yığmamızla oyun üçün heyəti açıqladı

Baxış Sayı:367


Xorvatiya yığmasının AÇ-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Zlatko Daliç heyətə 23 futbolçu ilə yanaşı, 6 ehtiyat oyunçu dəvət edib. 23 nəfərlik siyahıda “Neftçi”nin sabiq futbolçusu, hazırda “Rizəspor”da çıxış edən Dario Melnyak da yer alıb. O, 2016-cı ildə “ağ-qaralar”ın şərəfini qoruyub: qapıçılar - Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo", Zaqreb), Simon Sluqa ("Luton", İngiltərə); müdafiəçilər - Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brügge", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya) Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizəspor", Türkiyə); yarımmüdafiəçilər - Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Latsio", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya); hücumçular - İvan Perişiç ("Bavariya", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orsiç (hər ikisi "Dinamo", Zaqreb).
Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə millimizlə üz-üzə gələcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR