Avropa Liqasının pley-offunda “Qarabağ”ın rəqibi Şimali İrlandiya təmsilçisi “Linfild” olacaq. Komandanın baş məşqçisi Devid Hili BBC-yə danışıb: “Futbolçularım tapşırıqları meydanda yaxşı icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”.
Hili Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri qısaca şərh edib: “Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".
Xatırladaq ki, “Qarabağ” "Linfild"lə avqustun 22-də səfərdə, 29-da Bakıda qarşılaşacaq.