Sizin reklam burada

Şensoy Rəşad Sadıqova söz atdı

Baxış Sayı:386

Şensoy Rəşad Sadıqova söz atdı
“...Futbola artıq fərqli bir şəkildə xidmət etməli olduğunu düşünürəm”
Ölkəmizdə də yaxşı tanınan türk əsilli mütəxəssis Nacı Şensoy “Qarabağ”ın son uğursuzluğuna biganə qalmayıb: “Təəssüf ki, "Qarabağ" ilk matçda əldə etdiyi 2:1-lik üstünlüyü öz evində dəyərləndirə bilmədi. Təcrübəli Qurban Qurbanov matçdan öncəki təmkinli fikirlərində, nə yazıq ki, haqlı çıxdı. "Qarabağ" oyun fəlsəfəsi olaraq hesablı, ölçülüb-bişilmiş və ya kontrollu futbol oynamağı bacarmır. Halbuki 0:1 hesablı məğlubiyyət belə, "Qarabağ"ın tur adlaması üçün yetərli idi. "Qarabağ" ilk yarıda Mahir Əmrəlinin rəqib müdafiəçidən topu "oğurlaması" ilə yaratdığı tək qol epizodundan başqa hücumda heç nə edə bilmədi. Bəs hücumda yaradıcılıqdan yoxsul oynayan "Qarabağ" müdafiədə belə həvəskarcasına penaltiyə necə əsas verdi? Həm də illərin təcrübəli oyunçusu, kapitan Rəşad Sadıqovun heç gərəksiz yerə müdaxiləsindən sonra.
İkinci yarıda "Qarabağ" gerçək üzünü göstərdi və daha aqressiv oynamağa başladı. Bu oyun anlayışı onlara üç dənə yüzfaizlik qol epizodu verdi. Amma Slavçev, Aylton və Almeyda bu epizodlardan birini də qola çevirə bilmədi.
"Qarabağ" istədiyi bərabərlik qolunu bu periodda vurmayınca, yenə bütün müdafiəsinin günahkar olduğu ikinci qol gəldi və artıq bu saatdan sonra şuursuzcasına oynamağa başladı. APOEL final fintinədək oyunu necə lazımdı "soyutdu" və haqlı olaraq növbəti mərhələyə çıxdı.
Rəşad Sadıqovu çox sevirəm. Onun Türkiyəyə - "Kayserispor"a transfer olunmasında şəxsən vasitəçilik etdim. O, Azərbaycan futbol tarixində gəlmiş-keçmiş ən yaxşı oyunçularından biridi. Amma 37 yaşını doldurmuş bir Rəşadın futbola artıq fərqli bir şəkildə xidmət etməli olduğunu düşünürəm. Bu da məndən ona dostyana bir tövsiyə olsun".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR