Sizin reklam burada

“Zirə” müqavilələri sıraladı

Title
“Zirə” müqavilələri sıraladı
Ötən mövsüm “Zirə”nin U-16 komandasında çıxış edən Cəlal Hüseynovla Vüsal Əliyev əsas komandaya cəlb olunub. 16 yaşlı futbolçularla üçillik müqavilə imzalanıb. Cəlal Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal isə komanda Bakıya dönəndən sonra məşqlərə cəlb olunub. Qeyd edək ki, adıçəkilənlər 17 yaşadək futbolçulardan ibarət yığmanın üzvləridi.
“Zirə” dünən heyətini yeni futbolçu ilə gücləndirib. Klub Alvaro Ampuero ilə anlaşıb. 27 yaşlı müdafiəçi “Universidad San Martin” klubundan birilliyə icarəyə götürülüb. Perulu futbolçu bundan öncə “Universitario de Deportes” (Peru), “Parma”, “Padova” və “Salernitana”da (hamısı İtaliya) çıxış edib. Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.