“İsayevin xidmətində təkcə Rusiya yox, başqa ölkələrin təmsilçiləri də maraqlıdı”
Ötən mövsüm “Sumqayıt”dakı çıxışı ilə diqqət mərkəzinə düşən, yığmanın qapıları üzünə açılan Aleksey İsayevin ölkə xaricinə yollanacağını ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, Portuqaliya klublarından biri “kimyaçılar”ın yarımmüdafiəçisinin xidmətində maraqlıdı və futbolçunun transferi üçün “Sumqayıt”a 100 min dollar ödəməyə razıdı. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, mövsümlərarası fasilədə Pireney yarımadasına yollanmağa razılıq verən İsayev son anda fikrindən daşınıb. Milli üzvü karyerasını Rusiyada davam etdirmək qərarına gəlib. Rusiya birinci dəstəsində çıxış edən “Yenisey” sabiq futbolçusunu heyətində görmək istəyir. Ancaq Krasnoyarsk təmsilçisi İsayevə görə “Sumqayıt”a təzminat ödəmək fikrində deyil. Klub rəhbərliyi bu məsələni futbolçunun öhdəsinə buraxıb. Xatırladaq ki, Alekseyin “ağ-göylər”lə 2020-ci ilin yayına qədər müqaviləsi var və onun azad agent kimi “Yenisey”ə keçməsi qeyri-mümkündü.
Mənbəmiz onu da bildirdi ki, bu yaxınlarda yarımmüdafiəçi “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə görüşüb. Aleksey klub prezidentindən transfer vərəqini istəyib və onu da bildirib ki, tələb olunan təzminatı bir neçə ay ərzində “kimyaçılar”ın büdcəsinə ödəyəcək. Lakin Riad bəy İsayevin xahişini geri çevirib və ona konkret olaraq “pul ödənilsin, hara istəyirsən, get” cavabını verib. Söylənilənlərə inansaq, Rəfiyev Alekseylə söhbətdə “səni futbola “Sumqayıt” qaytardı, bu klubda yenidən diqqət mərkəzinə düşmüsən. Ona görə də ya klubda qalıb müqavilə müddətinin sonuna kimi oynayacaqsan, ya da tələb olunan təzminat ödənilməlidi. Sənə görə bu günə kimi düşərgəyə yeni futbolçu dəvət edə bilməmişik. Ya oynayacaqsan, ya da sənin transferindən əldə olunacaq vəsaitə komandaya yeni oyunçu cəlb edəcəyik” deyib. Klub prezidenti ilə görüşdə yarımmüdafiəçi düşünmək, problemi həll etmək üçün vaxt istəyib.
Məsələ ilə bağlı “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxlayaraq, deyilənlərə münasibət bildirməsini istədik: “Aleksey İsayevin transferə çıxarıldığı hamıya məlumdu. Ancaq onun transfer qiymətini heç yerdə açıqlamamışıq. Bu klubun daxili sirridi. O da məlumdu ki, yarımmüdafiəçinin 2020-ci ilin yayına kimi “Sumqayıt”la müqaviləsi var. Bu üzdən onu rənglərinə bağlamaq istəyən klubun keçid üçün bizə müəyyən məbləğ ödəməsi qanunauyğundu. Futbolçunun klub prezidenti ilə görüşdüyünü, orda nələrin müzakirə olunduğunu deyə bilmərəm. Məndə olan məlumata görə, İsayevin xidmətində təkcə Rusiya yox, başqa ölkələrin təmsilçiləri də maraqlıdı. Onların arasında Portuqaliyadan savayı, Türkiyə, Belçika və Hollandiya təmsilçiləri də var. Maksimum 10 günə Alekseyin taleyinə aydınlıq gələcək. Bu yöndə danışıqlar davam edir. Ən pis halda futbolçu müqavilə müddətinin sonuna kimi “Sumqayıt”ın şərəfini qoruyacaq”.
RƏŞAD

Son xəbərlər

"NEftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bütün xəbərlər