SOCAR-ın loqosunu görməmək üçün oyunu göstərmədilər!
Çərşənbə axşamı Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin bir neçə oyunu keçirilib. Üç oyundan biri azərbaycanlı azarkeşlər arasında daha böyük maraq doğurub. Təbii ki, söhbət nəticədən getmir, yəni qonşularımızın – “Ararat-Armeniya” ilə “Saburtalo”nun oyunundan bizə nə...
Sadəcə, qədim Azərbaycan şəhərində - İrəvanda monoetnik dövlət quran ermənilərin iç üzünü açan çox maraqlı olay yaşanıb. Gürcüstan çempionu 2:1 hesablı qələbə qazanmaqla ermənilərin Avroliqada irəliləmək şansını xeyli çətinə salınıb. Olayın maraqlı, eyni zamanda faciəvi tərəfi ondan ibarətdi ki, Ermənistan telekanalları bu oyunu göstərməyi lazım bilməyib. Nədi-nədi, “Saburtalo”nun titul sponsorunun, klubu himayə edən şirkətin adı “SOCAR Energy Georgia”dı. Ermənistan telekanallarını çəkindirən səbəb odu ki, “Saburtalo”nun oyunçularının formasının üzərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin adının ingiliscə yazılışının abbreviaturası və loqosu var. Erməni futbolsevlərlər yalnız Youtube translyasiyası ilə kifayətlənməli olublar.
Nə edəsən ki, bizim də bəxtimizə belə xəstə təfəkkürlü qonşular düşüb. Onlar Azərbaycan adını xatırladan hər şeydən qıcıqlanırlar, özləri üçün əcinnə obrazı yaradıblar və xəstəcəsinə elə düşünürlər ki, bununla problemlərini həll edəcəklər. ARDNŞ loqosuna görə oyunun translyasiyasından imtina etmək artıq xəstəliyin son həddidi. Allah şəfa verməsin!