“Renatda “Vulverhempton” üçün axtardığımız futbolçuya xas hər şey var”
Yığmamızın futbolçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubu ilə müqavilə bağlayıb. Premyer-liqa təmsilçisi 20 yaşlı hücumçunu Portuqaliyanın “Eştoril” klubundan transfer edib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Lakin Renat hələ yeni klubunda çıxış edə bilməyəcək. Çünki “Vulverhempton” dördillik müqavilə bağladığı forvardı icarəyə göndərməyə üstünlük verib. Həmyerlimiz yenidən Portuqaliyda, bu dəfə “Pakuş de Ferreyra”da oynayacaq.
Almaniya futbolunun yetirməsi olan və bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən Dadaşov sonradan millimizə cəlb olunub. O, ötən ilin yayında “Eştoril”lə 2 illik müqavilə bağlayıb.
Renat Dadaşovun keçidi haqda fikirləri belə olub: "Çox xoşbəxtəm və həyəcanlıyam. Bu, yaxşı klubdu və "canavar" olmaq inanılmazdı. Buna görə də burda olduğum üçün çox şadam. Menecerim zəng edərək klubun mənimlə müqavilə bağlamaq istədiyini dedi. Mən isə "bu doğrudu, mənimlə zarafat etmirsən ki?" söylədim. O, doğru olduğu dedi. Buna görə də qərar vermək asan oldu. Amma indi icarəyə verildiyim kluba gedəcəm. Hər şey yaxşı olacaq. Növbəti mövsüm daha güclü futbolçu kimi qayıda bilərəm”.
Forvard hər bir futbolçunun İngiltərə premyer-liqasında çıxış edən komandada olmaq istədiyini bildirib: "Bu, mənim üçün dünyanın ən yaxşı liqasıdı. Komanda çox yaxşı mövsüm keçirib. Hazırda xəyalım gerçəkləşir. İngiltərədə yaşamağın asan olacağını düşünmürəm, amma bir yolunu tapacam. Çünki getdiyiniz hər yer sizin üçün bir dəyişiklikdi. İngiltərə gözəl ölkədi. Burda yaxşı insanlar çoxdu. Buna görə də burda çox problem yaşamayacağımı düşünürəm. Mənim üçün ilk şey həmişə kluba kömək etməkdi. Əlimdən gələn hər bir şeyi - meydanda və meydandan kənarda, hər yerdə - etməyə hazıram. Nəzakətli olmağı və qarşıma məqsəd qoymağı bacarıram".
Renat ailəsinin idmana bağlı olduğunu deyib: "Atam su polosu, anam həndbol oynayıb. Bacım isə 16 yaşına qədər futbolla məşğul olub. Qardaşım Rüfət Almaniyanın üçüncü liqasında çıxış edir. Sonuncu dəfə Azərbaycan millisində çıxış edəndə böyük qardaşımla birlikdə kollektivdə idik. Bu, mənim üçün ağlasığmaz idi. Çünki ölkəmi qardaşımla birlikdə təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi".
“Vulverhempton”un idman direktoru Kevin Telluel də Renat Dadaşovun transferi haqda klubun rəsmi saytına açıqlama verib. O, gənc hücumçunun gələcəkdə fantastik futbolçuya çevriləcəyinə ümid etdiyini söyləyib: “Renatın çıxışını ötən mövsüm ərzində izləmişəm. Çox yaxşı perspektivi var. Onu klubumuzda salamlamaqdan şadıq. “Transfer pəncərəsi” dövründə işləyərəkən, yalnız bu günə yox, gələcəyə də köklənirik. Ümid edirəm ki, gələcəkdə fantastik futbolçuya çevriləcək futbolçu ilə müqavilə bağladıq. Renatda “Vulverhempton” üçün axtardığımız futbolçuya xas hər şey var".
Telluelin fikrincə, Renat bir il sonra daha yaxşı futbolçu kimi qayıtmaq üçün “Pakuş de Ferreyra”ya icarəyə yollanır: “Bu klubun Diequ Jotanın timsalında necə yaxşı oyunçu yetişdirdiyi məlumdu. İndi isə Renata orda uğurlar arzulayırıq və çıxışını diqqətlə izləyəcəyik”.

Son xəbərlər

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"NEftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Bütün xəbərlər