“Qarabağ”: “Neftçi”nin tarixinə düşən rəqibə qarşı
APOEL
Tam adı: Athletikos Podosferikos Omilos Ellinon Lefkosias (Nikosiya Yunan Atletik Futbol Klubu)
Ləqəbi: Əfsanə
Yaranma tarixi: 1926
Stadionu: GSP Stadium (22859 yerlik)
Təmsil etdiyi şəhər: Nikosiya
Prezidenti: Prodromos Petrides
Baş məşqçisi: Paolo Tramezani
Çıxış etdiyi çempionat: Birinci divizion
Son mövsüm tutduğu yer: 1
Forma rəngi: sarı-göy (ev), ağ-narıncı (səfər), mavi-qara (üçüncü forma)
Uğurları: 28 dəfə ölkə çempionu (1936, 1937, 1938, 1939, 1940, 1947, 1948, 1949, 1952, 1965, 1973, 1980, 1986, 1990, 1992, 1996, 2002, 2004, 2007, 2009, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019), 21 dəfə ölkə kubokunun qalibi (1937, 1941, 1947, 1951, 1963, 1968, 1969, 1973, 1976, 1978, 1979, 1984, 1993, 1995, 1996, 1997, 1999, 2006, 2008. 2014, 2015), 13 dəfə ölkə superkubokunun qalibi (1963, 1984, 1986, 1992, 1993, 1996, 1997, 2002, 2004, 2008, 2009, 2011, 2013)

Avrokuboklardakı göstəricisi
Çempionlar Liqası 89 28 25 36 96-115
Avropa Liqası 86 33 18 35 114-116
Kuboklar Kuboku 30 6 6 18 27-78
cəmi 205 67 49 89 237-309

Beləliklə, ÇL-in ikinci təsnifat mərhələsində “Dandolk” səddini keçən “Qarabağ” növbəti mərhələdə APOEL-ə rəqib oldu. Əslində Cənubi Kipr çempionu bizə tanış, Azərbaycan futbolunun tarixinə düşmüş komandadı. Amma o tarixdən 7 il ötür. Odu ki, APOEL-i incələməyə ehtiyac var.
Klubun tarixi çox zəngindi. APOEL 1926-cı il noyabrın 8-də yaranıb. Həmin vaxt qənnadı sexində bir araya gələn 40 yunan özləri üçün futbol komandası yaratmağa qərar verib. POEL adı altında yaranan komanda cəmi iki il sonra fəaliyyətini genişləndirmək, başqa idman növlərinə də diqqət ayırmaq məqsədilə APOEL-ə çevrilib. Bu, “Nikosiyanın Yunan Atletik Futbol Klubu” deməkdi. 1934-cü ildə yaradılan Kipr Futbol Federasiyasının işə başlamasında da əsas rol sahibi APOEL oldu. 10 illik yubileyin qeyd olunduğu 1936-cı ildə isə ilk çempionluq qazanıldı. 1948-də Yunanıstandakı vətəndaş müharibəsinə fərqli baxışlar klub rəhbərliyini iki yerə parçaladı. Kommunizm tərəfdarları "Omoniya"nı - APOEL-in ən prinsipial rəqibini təsis etdi.
Ev oyunlarını GSP stadionunda keçirən APOEL meydana sarı-göy forma ilə çıxır. Səfər qarşılaşmalarında isə komanda qara-narıncı və mavi-qara formalarda çıxış edir. APOEL-in stadionu 22 min 859 azarkeş tutumuna malikdi. Nikosiya klubunun prezidenti Prodromos Petridesdi. Komandanın baş məşqçisi isə italiyalı Paolo Tramezanidi. 48 yaşlı mütəxəssis 2018-ci ilin oktyabrından APOEL-i çalışdırır. Tramezani futbolçu kimi daha məşhurdu. O, Milan “İnter”inin, “Tottenhem”in şərəfini qoruyub. Məşqçiliyə isə 2011-ci ildə Albaniya millisində köməkçi kimi başlayıb. 2016-da özünü klub məşqçisi kimi sınamağa qərar verib və İsveçrə klubu “Luqano”nun “sükanı arxasında” olub. Ancaq bir mövsümdən sonra ordan ayrılıb və “Syon”a keçib. Paolonun “Syon”la işbirliyi daha qısa sürüb. Bir neçə aydan sonra postundan ayrılan italiyalı 2018-ci ilin oktyabrında APOEL-lə anlaşıb. Klub rəhbərliyi ötən avrokubok mövsümündə uğursuz saydığı portuqaliyalı Bruno Baltazarı çempionatın ilk turlarındakı qeyri-sabit nəticələrdən sonra istefaya göndərərək, italiyalıya güvənib. Göründüyü kimi, Tramezani komandanı toparlayaraq titulunu qoruyub.
Komandanın uğurlarına gəlincə, qeyd etdiyimiz kimi, APOEL ilk dəfə 1936-cı ildə ölkə çempionu olub. Ümumilikdə isə komanda 28 dəfə Cənubi Kipr çempionluğu, 21 dəfə ölkə kuboku və 13 dəfə superkubok sevinci yaşayıb. APOEL-in avrokubok təcrübəsi də kifayət qədər zəngindi - ümumilikdə 205 görüş. Nikosiyalıların Avropada ən böyük uğuru isə 2011/12 mövsümünə təsadüf edir. Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”, “Porto” və “Zenit”lə mübarizədə birinci olan APOEL 1/16 finalda Fransanın “Lion” klubunu da mübarizədən kənarlaşdırıb. Səfərdə uduzub (0:1) evdə udan (1:0) APOEL penalti seriyasında qələbəyə sevinmişdi – 4:3. Onların yolunu 1/8 finalda “Real” kəsib. Cənubi Kiprdə Mardrid klubuna 0:3 hesabı ilə yenilən “Qarabağ”ın rəqibi “Santyaqo Bernabeu”da “Real”a 2 qol vursa da, məğlubiyyətlə üzləşib – 2:5. Bu, “Neftçi” ilə üz-üzə gəldikləri mövsümdən əvvəlki ildə baş vermişdi. Başqa sözlə, “Neftçi” daha çətin şərtlər altında qalib gəlməyi bacarmışdı. Düzdü, kiprlilər “Neftçi” ilə qarşılaşdıqları mövsümdən sonrakı illərdə daim (ötən il istisna olmaqla) qrupda – gah ÇL-də, gah da AL-də yarışıb.
Onu da qeyd edək ki, APOEL avrokuboklarda iki dəfə "Neftçi"yə rəqib olub. Bunlardan ilki 1995-ci ildə Kuboklar Kubokunda olub. İlk dueldə kiprlilər qalib olub - evdə 3:0, səfərdə 0:0. 2012-ci ldə Avropa Liqasının pley-off mərhələsində isə "Neftçi" APOELdən üstün olub - evdə 1:1, səfərdə 3:1. Beləliklə, Azərbaycan avrokuboklarda ilk qrup sevincini APOEL-in sayəsində reallaşdırıb.
Komandanın heyəti, demək olar, legionerlərdən komplektləşib. Son mövsümdə APOEL 31 futbolçunun xidmətindən yararlanıb ki, onlardan 20-si əcnəbidi. Kipr klubunu beynəlmiləl komanda adlandırmaq mümkündü. Belə ki, 20 legioner 13 ölkəni təmsil edib. Mövsümün gedişində və sonunda heyətdə bəzi dəyişikliklər olsa da, avrokuboklar üçün sifariş verilən 25 nəfərlik siyahıya 16 legioner daxil edilib. APOEL-in heyətində Portuqaliya, Yunanıstan və Fransadan 2, Xorvatiya, İtaliya, Serbiya, İsveçrə, İsveç, İordaniya, Bolqarıstan, Sloveniya, Braziliya və Hollandiyadan 1 legioner var.
APOEL bu mövsüm Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Komanda Monteneqro “Sutyeska”sına hər iki görüşdə (3:0, 1:0) qol buraxmadan qalib gələrək mübarizədən kənarlaşdırıb. Ümid edək ki, yunanların bu uğurlu seriyasını “Qarabağ” dayandıracaq.
MİRAĞA

Son xəbərlər

“Dalğa Arena”da 4 qol - VİDEO

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Bütün xəbərlər