Sizin reklam burada

“Sumqayıt” sonuncu oyunda heç-heçə etdi

Baxış Sayı:443


Son ölkə kubokunun finalçısı “Sumqayıt” Türkiyə toplanışı çərçivəsində dünən sonuncu yoxlama matçını keçirib. “Kimyaçılar”ın rəqibi PTT birinci liqa təmsilçisi “Akhisarspor” olub. Ayxan Abbasov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaradıb: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Peyman Babayi, 9. Amil Yunanov, 20. Rüfət Abdullazadə, 22. Sərtan Taşkın, 25. Baxşəli Baxşəliyev, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Əmir Ağayev, 11. Elgün Nəbiyev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 27. İsmayıl Babayev, 28. Səbuhu Abdullazadə, 77. Cavidan Abbaszadə, 97. Xəyal Nəcəfov.
Tərəflərin səyinə baxmayaraq, 90 dəqiqə qolsuz heç-heçə ilə başa çatıb. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda ilk yarıda fərqlənmək üçün real imkan qazansa da. Amil Yunanov penaltidən yararlana bilməyib.
Xatırladaq ki, “gənclik şəhəri”nin təmsilçisi buna qədər qardaş ölkədə dörd oyun keçirmişdi. Rumıniya “Petrolul"u (2:2) və superliqa təmsilçisi "Gənclərbirliyi" (1:1) ilə bərabərə qalan "Sumqayıt" Türkmənistan “Ahal”ını (1:0) məyus etmişdi. "Diyarbəkirspor"l görüş (0:1) isə sumqayıtlıların minimal hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Oyundan bir gün öncə isə iki klubun rəsmiləri və məşqçilər korpusunun üzvlərinin iştirakı ilə dostluq matçı keçirilib. Qarşılaşmanın sonunda "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Akhisarspor"un məşqçi heyətinə “ağ-göylər”in oyun formasını təqdim edib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR